GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Polis əməliyyatlar keçirdi, dövriyyədən 35 kq narkotik çıxarıldı - VİDEO

Polis əməliyyatlar keçirdi, dövriyyədən 35 kq narkotik çıxarıldı - VİDEO

Tarix: 7-06-2021, 11:01 Bölmə :Cəmiyyət Baxış: 411


Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində əməliyyatlar həyata keçirilib.

Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının paytaxtın Nərimanov rayonunda həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Ramin Ağazadə saxlanılıb. Onun üzərindən və yaşadığı mənzildən 18 kiloqram 90 qram heroin, 740 qram tiryək, 152 qram qurudulmuş marixuana, 365 qram psixotrop maddə olan metamfetamin, 260 ədəd satışı qadağan olunan psixotrop tərkibli metadon həbləri, 1 ədəd elektron tərəzi və 1 ədəd narkotik vasitələrin onlayn satışı zamanı pul köçürmələrində istifadə etdiyi plastik kart aşkar olunaraq götürülüb.

Ramin Ağazadə ifadəsində şəxsiyyəti hələlik istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşının sifarişi ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələri ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə ölkə ərazisinə gətirdiyini bildirib. O, narkotik vasitələrin paytaxt Bakı və bölgələrdə anket məlumatları istintaqla araşdırılan şəxslərə çatdırmaqla satışını təşkil etməli imiş.

Baş İdarənin əməkdaşları tərəfindən Yasamal rayonunda həyata keçirilən növbəti əməliyyat nəticəsində isə paytaxt sakini Zaur Məmmədov narkotik vasitələrin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən 97 qram heroin, 101 qram metamfetamin, narkotik maddələrin satışı zamanı istifadə etdiyi plastik kart, yaşadığı evdən isə əlavə, 6 kiloqram 190 qram heroin, 1 kiloqram 144 qram tiryək, 3 kiloqram 70 qram metamfetamin, 946 qram marixuana, 200 ədəd “Metadon” həbi və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Zaur Məmmədov ifadəsində sosial şəbəkələrdə narkotik vasitələrin onlayn yolla satışını həyata keçirdiyini etiraf edib.

Baş İdarə əməkdaşlarının Abşeron rayonunda həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə narkotik vasitələrin satışında şübhəli bilinən Səbuhi Hüseynli saxlanılıb. Onun üzərinə və yaşadığı evə baxış zamanı ümumilikdə 2 kiloqram 361 qram psixotrop maddə olan metamfetamin və heroin, həmçinin, 1 ədəd elektron tərəzi aşkar edilib.

Səbuhi Hüseynli ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.

Baş İdarə əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində Nəsimi rayonunda keçirilən sonuncu əməliyyat zamanı isə əvvəllər də analoji cinayətlər törətdiyinə görə dəfələrlə məhkum olunmuş Bərdə rayon sakini Gündüz Abışov saxlanılıb. Onun üzərinə və yaşadığı evə baxış zamanı ümumilikdə 2 kiloqram 52 qram heroin və metamfetamin, eləcə də, 2 ədəd elektron tərəzi aşkar olunub.

Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən 35 kiloqramdan artıq narkotik maddə, o cümlədən, 460 ədəd psixotrop tərkibli həb aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb və saxlanılan şəxslər tutularaq istintaqa cəlb olunublar.

Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Polis əməliyyat keçirdi - Saxlanılanlar var + VİDEO

    Polis əməliyyat keçirdi - Saxlanılanlar var + ...

    16-04-2021, 14:44

  • 
  • 21 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - FOTOLAR

    21 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən ...

    31-10-2020, 09:54

  • 
  • DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotacirlərə qarşı əməliyyat keçirib

    DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi ...

    8-01-2020, 17:26

  • 
  • BNMİ əməkdaşları tərəfindən 24 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb -FOTOLAR

    BNMİ əməkdaşları tərəfindən 24 kiloqramdan artıq ...

    28-07-2020, 15:42

  • 
  • Polisin keçirdiyi əməliyyatlar zamanı 10 kiloqramdan artıq narkotik vasitə saxlanılıb

    Polisin keçirdiyi əməliyyatlar zamanı 10 ...

    26-12-2020, 09:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu