Ötən gün dünyasını dəyişən Xalq artisti Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli də koronavirusa yoluxub. Bu haqda aktyorun qardaşı oğlu, müğənni Nurlan Əzizbəyli məlumat verib. O bildirib ki, Xədicə sağalaıb, hazırda səhhəti yaxşıdır: "Qızı da koronavirusa yoluxmuşdu, o, sağalıb. Artıq evdədir". Qeyd edək ki, R.Əzizbəyli koronavirusa yoluxmuş, xəstəxanaya yerləşdirilmişdi. Aktyor eyni zamanda infarkt keçirib.
Sorğu
Yeni dizaynımız necədir?