Bakıda sürücülük təlimçisinin kobud qayda pozuntularının videosu sosial şəbəkədə yayılıb. Xanım təlimçi 99-OK-178 qeydiyyat nişanlı "Hyundai" markalı təlim avtomobili ilə etdiyi təhlükəli hərəkətləri qeydə alaraq öz sosial şəbəkə hesabında paylaşıb.
Qayda pozuntusunu təbliğ edən xanım təlimçi tələbəni öyrədən zaman mobil telefondan istifadə edərək həm öz fikrini, həm də tələbələrin fikrini yayındıra biləcək hərəkətlərə yol verib. Bununla yanaşı o, tələbəyə yolda necə hərəkət etməli olduğunu öyrətmək əvəzinə, musiqiyə yüksək səs verərək "avtoş" yetişdirdiyini bildirib. Xanım təlimçinin paylaşdığı videoların arasında 10-FY-257 qeydiyyat nişanlı "Chevrolet" markalı təlim avtomobili ilə yarışa çıxması da əks olunub. Digər görüntüdə isə Mehdiabad qəsəbəsi ərazisində qoşa xəttin tələbini pozaraq əks istiqamətdə axına qarşı hərəkət edib. Qeyd edək ki, sürücülük təlimçiləri öz hərəkətləri ilə həm tələbələrə, həm də digər sürücülərə nümunə olmalıdır./avtosfer.az/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?