Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Şirvan şəhərində yerləşən 4 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə ("MERO") yeni rəis təyin olunub.
Gundemxeber.Az bildirir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Anar Cəfərov təyin olunub.
Qeyd edək ki, o, bu təyinatdək BDYPİ-nin qeydiyyat-imtahan idarəsində çalışıb.
Sorğu
Yeni dizaynımız necədir?