Deputat Elman Nəsirov deyir ki, "Deputat" sözü "millət vəkili" sözü ilə əvəz edilməlidir. Gundemxeber.az bildirir ki, bu günkü şərtlər altında bunu etmək mümkün deyil.
Çünki mənəvi və siyasi-hüquqi proseduru çox ağırdır. Ekspert Elçin Xalidbəyli deyir ki, yəni, "deputat" sözünün "millət vəkili" ilə əvəzlənməsi üçün aşağıdakıları yerinə yetirmək mütləqdir: Birincisi, əvvəlcə deputatı xalq, millət seçməlidir. Adını hansısa "yollar"la parlament üzvləri siyahısına yazdırmaqla, millət vəkili olunmaz..
İkincisi, deputat onu seçən xalqın, millətin maraqlarını ifadə etməlidir. Xalqa, millətə xidmət göstərməlidir. Gücünü də xalqdan, millətdən almalıdır, siyahını hazırlayanlardan yox...
Bütün bunlar və normal deputat fəaliyyəti üçün vacib olan digər şərtlər yerinə yetirildikdə hansısa sənəddə söz dəyişikliyinə ehtiyac qalmayacaq. Deputat elə seçildiyi andan millət vəkili olacaq...
Hələlik isə bu, sizlik deyil.İndiki deputatların Millətin Vəkili olmaq şansları yoxdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?