GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İmtahan Mərkəzi deyir vəziyyət 'bərbaddır', Təhsil Nazirliyi deyir 'əla'

İmtahan Mərkəzi deyir vəziyyət 'bərbaddır', Təhsil Nazirliyi deyir 'əla'

Tarix: 25-06-2021, 23:31 Bölmə :Cəmiyyət Baxış: 594
İmtahan Mərkəzi deyir vəziyyət 'bərbaddır', Təhsil Nazirliyi deyir 'əla'


Ötən il 42.8 faiz abituriyent imtahanlarda 200 bal yığa bilməyib. Bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalında deyilir.

Cəmi 9.7 faiz abituriyent 500-700 bal toplayıb. Bu göstəricilər 2019-cu illə müqayisədə daha aşağıdır.

Dövlət İmtahan Mərkəzi hətta 9 və 11-ci siniflərdə yazıb-oxumağı bacarmayan şagirdlərin olduğunu qeyd edir.

Məlumatda həmçinin deyilir ki, orta statistik abituriyent fənlər üzrə testlərin yalnız 27-58 faizinə düzgün cavab verib: "Test tapşırıqlarının məktəb proqramı çərçivəsində hazırlandığını və bu çərçivədən kənara çıxmadığını, qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, orta statistik məzun məktəb proqramının 42-73 faizini mənimsəmir".

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Eldar Quliyev "Turan"a bildirir ki, problem birinci növbədə koronavirus pandemiyası ilə əlaqədar dərslərin onlayn formatda keçirilməsindədir: "Düzdür, onlayn qaydada da müəllim danışır, izah edir, amma biz unutmamalıyıq ki, müəllimlə şagirdin, tələbənin birbaşa təması başqa şeydir".

Komitə üzvü bunu da deyir ki, onlayn tədris zamanı ölkənin bəzi yerlərində internetin keyfiyyətinin zəif olması, bəzi uşaqların mobil telefonu və kompüterinin olmaması da nəzərə alınmalıdır:

"Belə məsələlər, istər-istəməz, təhsilin səviyyəsinə təsir edir. Digər tərəfdənsə müəllimin qarşısında oturan şagird və ya tələbə böyük məsuliyyət hiss edir, verilən tapşırıqları yerinə yetirməsə, valideynləri bu barədə gündəlikdəki qiymətlərdən biləcək. Onlayn dərslərdə isə bu məsuliyyət o qədər də hiss edilmir".

Eldar Quliyev hesab edir ki, sözügedən aşağı nəticələr pandemiyanın vurduğu ziyanlardan, sadəcə, biridir, burada nə müəllimin, nə də direktorun günahı var.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə AzadlıqRadiosuna deyir ki, əslində, Dövlət İmtahan Mərkəzi göstəriciləri imtahanlarda iştirak edən şəxslərə uyğun olaraq yoxlayır:

"Bu gün orta məktəblərin vəzifəsi ali təhsil müəssisələrinə qəbul üçün tələbə hazırlamaq deyil. Qanunvericiliyə görə, orta məktəblərin öhdəliyi minimum bilik və bacarıqları olan şəxsiyyət yetişdirməkdir".

Ekspertin qənaətincə, "yazıb-oxumağı bacarmayan şagirdlər" dedikdə Dövlət İmtahan Mərkəzi imtahan zamanı cavab kartında heç nə yazmayan şagirdləri nəzərdə tutur: "Amma bu, doğru ölçmə aləti deyil. Bəlkə şagirdin ürəyi nəsə yazmaq istəməyib, bəlkə yazıb sonra köçürməyib? Biz belə şəxslərin statistik göstəricilərini aparmaq üçün fərdi yoxlamalar aparmalıyıq. İmtahan iştirakçılarının göstərdiyi nəticə təhsilin göstəricisi ola bilməz".

Amma bununla belə, ekspert vəziyyətin görünəndən daha təhlükəli olduğu qənaətindədir: "Yəni, Azərbaycan bölməsində plan yerləri çoxalır, məzunların sayı azalır, qəbul balları uyğun deyil və bunlar bizə xoş bir mənzərə təsəvvürü yaratmır. Axırda biz gedib hamıya bir-bir yalvaracağıq ki, gəl universitetə sənəd ver. Bu tipli gedişatlar var. Keyfiyyətə gələndə isə, biz 30 ildir təhsildə ciddi bir keyfiyyət artımına nail ola bilməmişik".

Onun sözlərinə görə, Azərbaycanda bir neçə məktəb var ki, ümumiyyətlə, şagirdləri ali məktəblərə qəbul olunmayıb, buraxılış imtahanlarının nəticələri aşağıdır, amma bir dəfə də Təhsil Nazirliyi bununla bağlı tədbir görməyib:

"Bir dəfə də görməmişik Təhsil Nazirliyi keyfiyyətin artırılması üçün iş görsün və yaxud da nəticələri zəif olan müəllimləri işdən çıxarsın. Fəaliyyətin nəticəyə çevrilməsi yoxdur. Hər il eyni vaxtda Dövlət İmtahan Mərkəzi "Abituriyent-12" jurnalını çıxarır, deyir ki, vəziyyət bərbaddır, ardınca da Təhsil Nazirliyi "Hesabat" jurnalı çıxarır və deyir ki, vəziyyət əladır. Ortada isə qalan həqiqətən də bərbad vəziyyətdə olan təhsildir".

AzadlıqRadiosu Təhsil Nazirliyindən deyilənlərə münasibət ala bilməyib.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 80
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib

    Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət ...

    23-01-2019, 13:17

  • 
  • 600-dən çox bal toplayan 5 abituriyent ali məktəblərə qəbul olunmayıb - RƏSMİ

    600-dən çox bal toplayan 5 abituriyent ali ...

    24-08-2018, 16:01

  • 
  • DİM: Bu il bütün ixtisas qruplarında yüksək bal toplayanların sayı ötən illə müqayisədə az olub

    DİM: Bu il bütün ixtisas qruplarında yüksək bal ...

    14-08-2019, 12:49

  • 
  • Məleykə Abbaszadə: "Bu il yüksək bal toplayanların sayı azalıb"

    Məleykə Abbaszadə: "Bu il yüksək bal ...

    1-08-2019, 16:28

  • 
  • DİM II və III ixtisas qrupları üzrə imtahanların nəticələrini açıqlayıb

    DİM II və III ixtisas qrupları üzrə imtahanların ...

    28-07-2018, 20:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (252)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu