GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Toyların başlaması BAHALAŞMAYA SƏBƏB OLACAQ... - AÇIQLAMA

Toyların başlaması BAHALAŞMAYA SƏBƏB OLACAQ... - AÇIQLAMA

Tarix: 26-06-2021, 09:57 Bölmə :Cəmiyyət Baxış: 317
Toyların başlaması BAHALAŞMAYA SƏBƏB OLACAQ... - AÇIQLAMA


Nazirlər Kabienti yanında Operativ Qərargahın son qərarına əsasən, iyulun 1-dən etibarən Azərbaycanda toy və nişan mərasimlərinin keçirilməsinə icazə verilib. Azərbaycan iqtisadiyyatında müəyyən paya malik toy biznesinin yenidən fəaliyyəti bir-birilə bağlı müxtəlif xidmət və fəaliyyət sahələrini canlandıracağı proqnozlaşdırılır. Toyların xüsusilə gözəllik salonlarına, foto və videostudiyalara, tədbirlərin təşkililə məşğul olan şirkətlərə, həmçinin şadlıq saraylarında çalışanlara, nəhayətdə ərzaq bazarına təsirləri gözləniləndir. Toylarda aparıcı yeməklərin əsasını təşkil edən ət, meyvə-tərəvəz pandemiya vaxtı kifayət qədər ucuzlaşmışdı. Satıcılar tələbat olmadığından bazarda məhsull bolluğu yarandığını, bunun da faktiki olaraq qiymətlərə təsir etdiyini bildirirdilər. İndi isə restoranlar toylara hazırlaşır.

Bu barədə Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, toyların uzun müddətdən sonra yenidən keçirilməsinə icazə verilməsilə bağlı ilkin addımlar istər ərzaq bazarında, istərsə xidmət sahələrində müəyyən canlanma yaradacaq:

“Foto və videostudiyalar, gözəllik salonları, kirayə geyim salonları və s. sahələrdə canlanma olacaq. Amma toy keçirmək üçün şərtlər o qədər sərtdir ki, hələlik kütləvi şəkildə toyların keçiriləcəyini düşünmürəm. Çünki şadlıq saraylarında say məhdudiyyətinə görə menyuda adambaşına qiymətlər xeyli dərəcədə artıb. İnsanların ödəniş qabiliyyətinin aşağı olduğunu nəzərə alsaq, bu o deməkdir ki, təklifdəki qiymətlərlə toy etmək istəyənlərin də sayı az olacaq. Yəni menyuda ən ucuz qiymətlər 50-60 manatdan başlayırsa, toya hər dəfə 100 manat “iştirak haqqı” ödəmək yükünü bəzi ailələr qaldıra bilməyəcəklər”.

Ekspert toyların ərzaq bazarına da müəyyən təsirləri olacağını istisna etməyib:

“Amma bunun qlobal səviyyədə olacağını düşünmürəm. Çünki dediyim kimi, zatən şərtlər toyların keçirilməsini əlçatan etmir”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən aşağıda göstərilən şərtlər nəzərə alınmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsi qərarını verib.

Qərara görə, qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir.

- 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportu tələb olunmur.

- 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (bundan sonra – COVİD-19 pasportu) olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur.

Şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunması ilə bağlı nəzarəti Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndlərindən ibarət Monitorinq qrupları tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul edilə bilər.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Toyların keçirilməsinə icazə verilir? – Operativ Qərargahdan AÇIQLAMA

    Toyların keçirilməsinə icazə verilir? – Operativ ...

    14-01-2021, 12:39

  • 
  • Toylarla bağlı Operativ Qərargahdan AÇIQLAMA

    Toylarla bağlı Operativ Qərargahdan AÇIQLAMA ...

    8-02-2021, 16:31

  • 
  • Samirə Musayeva: "Toyların keçirilməsinə icazə verməyi nəzərdə tutmuruq"

    Samirə Musayeva: "Toyların keçirilməsinə ...

    15-08-2020, 13:18

  • 
  • Nazir müavinindən toylara icazə verilməsi ilə bağlı AÇIQLAMA

    Nazir müavinindən toylara icazə verilməsi ilə ...

    8-08-2020, 12:56

  • 
  • Pandemiya zamanı toylara icazə verilsə... - hansı şərtlərə əməl edilməlidir

    Pandemiya zamanı toylara icazə verilsə... - hansı ...

    1-03-2021, 10:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu