GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Atəşkəs niyə tez-tez pozulur? – KREML PAŞİNYANIN QƏLƏBƏSİNİ HƏZM EDƏ BİLMİR

Atəşkəs niyə tez-tez pozulur? – KREML PAŞİNYANIN QƏLƏBƏSİNİ HƏZM EDƏ BİLMİR

Tarix: 28-06-2021, 12:08 Bölmə :Cəmiyyət Baxış: 320
Atəşkəs niyə tez-tez pozulur? – KREML PAŞİNYANIN QƏLƏBƏSİNİ HƏZM EDƏ BİLMİR


Son iki gündə Ermənistan hərbçiləri Kəlbəcər və Tovuz rayonları istiqamətində yerləşən mövqelərimizi atəşə tutublar.Müdafiə Nazirliyi bununla bağlı xəbər yayıb və itki olmadığını bildirib.

Qeyd edək ki, ilk hadisə iyunun 26-dan iyunun 27-nə kimi Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutmaqla başlayıb. İyunun 27-də isə Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bildirək ki, düşmənin Tovuz rayonunu ardıcıl olaraq iki dəfə atəşə tutması təsadüf sayıla bilməz. Çünki 44 günlük müharibədən sonra Ermənistan tərəfi dəfələrlə təxribata əl atsa da, silahdan istifadə etməyib. Lakin son bir həftə içində 3 dəfə (onun ikisi Tovuz istiqamətində qeydə alınıb) atəşkəsi pozması düşünülmüş planın tərkib hissəsi ola bilər.

JAMAZ.İNFO xəbər verir ki, ermənilər hələ ötən ilin iyulunda da Tovuz istiqamətində təxribata əl atmışdı. Tovuzun Qaraqaya ərazisini ələ keçirməyə çalışan düşmən itkiyə məruz qalaraq, geri çəkilmişdi. Həmin vaxt Ordumuzun generalı Polad Həşimov və onunla birlikdə 12 hərbçimiz şəhid olmuşdu.

Ermənilərin ötən il Tovuz istiqamətində təxribata əl atmasının sonradan bir səbəbi də ortaya çıxmışdı ki, düşmən BTC neft kəmərini hədəfə alıb və onu sıradan çıxarmaq istəyir. Hərçənd İrəvan bu sirrin üstü açıldıqdan sonra tələm-tələsik bəyanat verərək, belə bir niyyətlərinin olmadığını vurğuladı. Lakin həmin bəyanatda bir səhvə yol vermişdilər ki, bununla da niyyətlərini nümayiş etdirmişdilər. “Ermənistan tərəfi BTC neft kəmərinin təhlükəsizliyini üzərinə götürə bilər”. Elə bu kəlimə kifayət edirdi ki, İrəvanın nə istədiyi məlum olsun.

Bəs, müharibədən ciddi itkilərlə çıxan Ermənistanın yenidən Tovuz istiqamətində fəallaşmasının səbəbi nədir? Qeyd edək ki, Ermənistanda son parlament seçkilərində Nikol Paşinyanın yenidən qalib gəlməsi, Rusiyanın ciddi dəstək verdiyi Koçaryanın məğlub olması Moskvanın ürəyincə deyil. Qərbə inteqrasiya kursu götürmüş Paşinyanla üzdə anlaşmış kimi görünsələr də, Kreml arxa planda onunla yola getmədiyini dolayısı ilə nümayiş etdirir. Hazırda Moskva öz ekspertlərinin dili ilə İrəvana çatdırır ki, istər Qarabağda, istərsə də sərhəd məsələsində ciddi mövqe sahibi olmaq istəyirlərsə, Rusiya ilə daha genişmiqyaslı hərbi müttəfiqliyə dair saziş imzalamalıdır.

Təbii ki, Paşinyan bir müddət Rusiya ilə oynamaq məcburiyyətindədir. Çünki seçkidən yeni çıxıb, lazım olan dəstəyi əldə etmək üçün zaman lazımdır. Ölkədə bir çox şeyləri dəyişmək, vədlərin bir çoxunu həyata keçirmək üçün zamana ehtiyacı var. Daxildəki narazılığı aradan qaldırmaq, revanşistləri tamamilə küncə sıxışdırmaq da onun üçün zaman tələb edir. Bunu Kremlin gördüyü şübhəsizdir. Ona görə də, Moskva aranı qarışdırmaq, ara-sıra təxribatlar törətməklə Paşinyanın sıxışdırmaq istəyir.

İkinci məsələ, Ermənistan ordusunda Koçaryan və revanş istəyində olan qüvvələr seçkidəki məğlubiyyətlə barışmaq istəmirlər. Hələ müharibədən sonra bəlli idi ki, Koçaryan və Qasparyanın orduda xeyli sayda tərəfdarı var və onlar bu iki şəxsin sözünü geri çevirmirlər. Mümkündür ki, məhz onların təlimatı ilə (yenə Kremli unutmaq lazım deyil) erməni hərbçiləri ortalığı gərginləşdirməyə çalışırlar.

Bütün bunların fonunda yekun qənaət odur ki, Nikol Paşinyanın qələbəsi Kremlə pis təsir edib. Hər nə qədər özlərini tox tutsalar da, Rusiya Ermənistanı itirməmək üçün bütün imkanlarından istifadə edir. Son seçkilər məsələnin dinc yolla həlli üçün sonuncu şans idi. Artıq həmin şans qalmayıb və bu dəfə ordunun imkanlarından istifadə edərək, təxribatlara start veriblər. Güman etmək olar ki, yaxın günlərdə belə təxribatların sayı daha da artacaq./jamaz.info/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənilər Azərbaycan Ordusunun mövqelərini pulemyot və snayper tüfənglərindən atəşə tutublar

    Ermənilər Azərbaycan Ordusunun mövqelərini ...

    18-06-2019, 10:27

  • 
  • Azərbaycan MN: Ermənistan silahlı bölmələri Füzulidə taxıl sahəsində işləyən kombaynı atəşə tutub

    Azərbaycan MN: Ermənistan silahlı bölmələri ...

    29-05-2018, 10:53

  • 
  • Ermənilər Azərbaycan ordusunun mövqelərini atəşə tutublar

    Ermənilər Azərbaycan ordusunun mövqelərini atəşə ...

    8-01-2019, 10:34

  • 
  • Ermənilər Azərbaycan ordusunun mövqelərini minaatanlardan atəşə tutub

    Ermənilər Azərbaycan ordusunun mövqelərini ...

    25-10-2017, 11:12

  • 
  • Cəbhədən xəbər var - Müdafiə Nazirliyi

    Cəbhədən xəbər var - Müdafiə Nazirliyi ...

    29-05-2018, 13:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu