GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Mkrtçyan Bakı metrosundakı dəhşətli partlayışın təlimatçılarından olub - ŞOK DETALLAR

Mkrtçyan Bakı metrosundakı dəhşətli partlayışın təlimatçılarından olub - ŞOK DETALLAR

Tarix: 1-07-2021, 11:44 Bölmə :Cəmiyyət Baxış: 275
Mkrtçyan Bakı metrosundakı dəhşətli partlayışın təlimatçılarından olub - ŞOK DETALLAR


Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verməkdə və digər cinayətlər törətməkdə ittiham olunan erməni yaraqlıları, Ermənistan vətəndaşları - 1969-cu il təvəllüdlü Lüdvik Mkrtıçoviç Mkrtıçyan və 1967-ci il təvəllüdlü Alyoşa Aramaisoviç Xosrovyanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Xosrovyanı yaxalayan hərbçi məhkəməyə gəldi

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan iclasda dövlət ittihamçısı sübutların tədqiqi ilə bağlı vəsatət qaldırıb. Bildirib ki, əvvəlcə şahid ifadələri dinlənildikdən sonra təqsirləndirilən şəxslərin ifadəsi davam etdirilsin. Vəsatət təmin edilib.

Daha sonra ifadə verən şahid Ceyhun Vəlibəyov bildirib ki, təqsirləndirilən şəxs Xosrovyan saxlanılan vaxt hərbi xidmətdə olub: “Biz pusqu qurmuşduq. ”UAZ" markalı avtomobilin gəldiyini gördük. Alyoşa Xosrovyan maşınla yaxınlaşanda ələ keçirdik. Onun avtomobilində silah-sursat da var idi. Biz onu yaxalayıb aidiyyəti şəxslərə təhvil verdik".


“Biləndə ki, Azərbaycan hərbçilərinə tərəf gəlib...”

Digər şahid Tural Davudov isə bildirib ki, Cəbrayıl rayonu ərazisində Alyoşa Xosrovyan Azərbaycan hərbçilərini ermənilərlə səhv salıb: “Biləndə ki, Azərbaycan hərbçilərinə tərəf gəlib, maşına tərəf qaçdı. Avtomobildən silahı götürmək istədi. Amma biz ona imkan vermədik. O bizi zərərsizləşdirmək istəyirdi”.

Digər şahid Elnur Süleymanov isə deyib ki, A. Xosrovyan erməni hərbi formasında onlara yaxınlaşıb: “Maşın Cəbrayıl istiqamətindən Horadiz istiqamətinə hərəkət edirdi. Biz onu ələ keçirəndə gördü ki, azərbaycanlıyıq, maşına qaçmaq istədi. Amma biz imkan vermədik”.

Prokurorun suallarını cavablandıran A. Xosrovyan isə bildirib ki, guya o, silaha əl atmayıb: “Mən gördüm ki Azərbaycan hərbçiləridir, sakitcə təslim oldum”.

Şahid C.Vəliyev isə bildirib ki, Xosrovyan hərbi “UAZ”da saxlanılıb və avtomobildə “AK-74" markalı avtomat, 2-3 daraq var idi.

“Biz onu yaxalayanda bildi ki, erməni deyilik”

Alyoşa Xosrovyanın saxlanılması prosesində iştirak edən şahid Aydın Məmişov deyib ki, 2020-ci il oktyabrın 4-də xidmətdə olarkən “UAZ” markalı avtomobilin yaxınlaşdığını müşahidə edib: “Biz dərhal onu mühasirəyə salıb yaxaladıq. Maşın gəldi dayandı, maşının içindəki adam başladı erməni dilində bizi çağırmağa. Biz onu yaxalayanda bildi ki, erməni deyilik. Maşına baxış keçirdik, döyüşə hazır vəziyyətdə avtomatı götürdük”.

“Alyoşa Xosrovyan bildirib ki, üzvü olduğu ”Yetrapak" erməni təşkilatı..."

Bundan sonra prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs Alyoşa Xosrovyan bildirib ki, üzvü olduğu “Yetrapak” erməni təşkilatı əvvəl Qarabağda azərbaycanlılara qarşı döyüşüb: “Təşkilatın rəhbəri, erməni generalı Manvel Qriqoryan idi. O, əvvəl Hadrutda döyüşüb. Mən isə müharibədən qayıdandan sonra həmin təşkilata üzv olmuşam. Mən 1991-92-ci illərdə Rusiyada olmuşam. 1988-90-cı illərdə hərbçi kimi sərhəddə olmuşam. O vaxt ermənilər Zəngilana bir neçə dəfə hücum etdilər. Həmin vaxtlarda mən də postlarda olmuşam. Sonra ayağımda yaralar başladı, mən postlara getmədim. Amma həmin vaxtlar ermənilər Qafandan Zəngilan və Qubadlıya gəlib gedirdilər. Amma mən onda ayağımdan müalicə alırdım. Bilirdim ki, Qarabağ erməniləri Zəngilan və Qubadlını zəbt ediblər. 2020-ci il oktyabrın 3-də bildim ki Azərbaycan hərbçiləri Cəbrayılı işğaldan azad edib. Amma mənə zəng edən zabit dedi ki, Cəbrayılda erməni əsgərləridir, qorxma gəl. Samvel Babayanı görməmişəm və kim olduğunu bilmirəm. Onun ”Yetrapak" təşkilatının üzvü olduğunu bilmirdim. 1984-cü ildə bir dəfə Hadrutda olmuşam, ondan sonra o zonaya getməmişəm. Qarabağ ərazisində Hadrutdan başqa heç yerdə olmamışam. Zərərçəkmiş şəxslərin heç birini tanımıram".

“Xankəndində rus jurnalistin gözü qarşısında ona ağır işgəncələr verib”

Zərərçəkmiş şəxs Cavid Hüseyn isə bildirib ki, Alyoşa Xosrovyan Lüdvik Mkrtçyanla birlikdə ona ağır işgəncələr verib: “Bunlar yalan danışmaqla özlərini günahsız tanıtmaq istəyirlər”.

“Azər Aslanov əsirlikdən qayıdıb Bakıda metronu partlatdı”

Zərərçəkmiş Zahid Həsənov isə deyib ki, 1994-cü ildə Xankəndində rus jurnalistin gözü qarşısında, həmin ilin may ayında Şuşada siqaret çəkmək üçün ayrılmış yerdə ona ağır işgəncələr verib: “Alyoşa da, Lüdvik də Azərbaycan dilini çox yaxşı bilir. Bizimlə Azərbaycan dilində danışırdılar. Məni çox yaxşı tanıyır hər ikisi. 1994-cü ildə biz 4 əsir Xankəndində saxlanıldıq. Mən, Sergey, Azər Aslanov və digər bir əsir. 5-6 erməni hərbçi gəldi, biri də Xosrovyan idi. Başladılar bizi döyməyə. Sonra Azər Aslanovu apardılar komandirin otağını təmizləməyə. 2 saatdan sonra Azər gəldi. Sonradan Azəri yenidən apardılar. Ermənistan xüsusi xidmət orqanları onu aparıb gizli söhbətə başladılar. Azəri Samvel Babayanın otağında təlimatlandırdılar. Onu təlimatla tanış edənlərdən biri də Mkrtçyan idi. Bir saatdan çox söhbət apardılar. Onu orada tam təlimatlandırıb buraxdılar. Sonra ermənilər gəldilər ki, otağı Azər yox, Sergey təmizləyəcək. Məlum oldu ki, onlar Azər Aslanovu ələ alıblar və otağı təmizlətdirməyiblər. Sergey gəlib dedi ki, Azər otaq təmizləməyib. O hadisədən sonra Azərə istədiyi yeməyi verirdilər. Məlum oldu ki, Azər Aslanov ermənilərlə işbirliyinə girib. Həmin il də Azər Aslanov əsirlikdən qayıdıb Bakıda metronu partlatdı. Mən əsirlikdən qayıdandan sonra eşitdim ki, Sergeyi güllələyib öldürüblər”.

Lüdvikin danışmağa sözü yoxdur

Daha sonra təqsirləndirilən Lüdvik Mkrtçyana sərbəst ifadə vermək təklif olunsa da, o, “Sözüm yoxdur” deyib. Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, Naxçıvanda anadan olub və 18 yaşına qədər orada yaşayıb: “1969-cu il dekabrın 5-də Naxçıvan Muxtar Respublikasında doğulmuşam. 18 yaşıma qədər orada yaşamışam. 1987-ci ildə orta məktəbi bitirmişəm. Erməni dilində oxumuşam. 1987-89-cu illərdə hərbi xidmətdə olmuşam. Rusiya ordusunda xidmət etmişəm. Oradan ailəlikcə gəlmişik Ermənistana. Zərərçəkmişləri ilk dəfə burada görmüşəm. Alyoşanı da burada görmüşəm. 89-cu ildən sonra 90, 91, 92-ci illərdə mən və kiçik qardaşım İrəvanda ayaqqabı sexi açmışıq. 9-cu sinifdən mən ayaqqabı tikirəm. Ailəlikcə bu işlə məşğul idik. 1992-ci ildən sonra Yereqis kəndində olmuşam. Heç bir döyüş əməliyyatında iştirak etməmişəm. 1993-cü ildən sonra Ağdərədə olmuşam. Heç bir vəzifəm olmayıb. Əsgər olmuşam səngərdə. Təcrübəm yox idi, ona görə cəmi 1 dəfə posta çıxmışam. Oradakı evlərə qarovul çəkirdim, yeməkxanalarda kömək edirdim. Mənə ”AK-74" silahı vermişdilər".

Zərərçəkmiş: “Ermənilər Bakıda metronu partladan azərbaycanlını ələ almışdılar” | Report.az

“Sən əlində silah postda nə gəzirdin?”

Dövlət ittihamçısının “Sən əlində silah postda nə gəzirdin?” sualına Lüdvik Mkrtçyan cavab verə bilməyib: “Bu suala cavab verməkdə çətinlik çəkirəm. O vaxt könüllülər yığışıb azərbaycanlılara qarşı vuruşurdular. Mən azərbaycanlılardan heç bir ziyan görməmişəm. 2 ay Hadrutda olmuşam. 1994-də hərbi münaqişə bitdikdən sonra isə Suqovuşanda olmuşam”.

Növbəti proses iyulun 7-də davam edəcək./musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlılara işgəncə verən erməni yaraqlıları ifadə verəcək

    Azərbaycanlılara işgəncə verən erməni yaraqlıları ...

    30-06-2021, 11:20

  • 
  • Erməni terrorçularının cinayət işi üzrə 12 azərbaycanlı zərərçəkən qismində tanınıb

    Erməni terrorçularının cinayət işi üzrə 12 ...

    24-05-2021, 10:33

  • 
  • Zərərçəkmiş azərbaycanlı: "Lüdvik Mkrtçyan mənə amansız işgəncələr verirdi"

    Zərərçəkmiş azərbaycanlı: "Lüdvik Mkrtçyan ...

    9-06-2021, 14:26

  • 
  • Azərbaycanlılara işgəncə verən ermənilərin məhkəməsi başlayır

    Azərbaycanlılara işgəncə verən ermənilərin ...

    20-05-2021, 16:52

  • 
  • Bakı məhkəməsində zərərçəkmiş: "Ermənilər bizi qızların gözləri qarşısında döyürdülər"

    Bakı məhkəməsində zərərçəkmiş: "Ermənilər ...

    9-06-2021, 14:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu