“Koronavirusa yoluxma artarsa, yenidən sərt karantin qaydalarını tətbiq etmək olar”.
Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Ramin Nəriman deyib.
“Karantin tədbirləri epidemioloji vəziyyətdən irəli gələn tədbirlər olmalıdır. Əgər yoluxma artırsa, kritik vəziyyət yaranırsa, yenə də koronavirus əleyhinə nəzərdə tutulmuş karantin qaydalarını tətbiq etmək olar. Lakin ən azı yüngülləşmə şəraitindən istifadə edib müəyyən işləri həyata keçirtmək, o cümlədən də toy mərasimlərini reallaşdırmaq yaxşı olardı”, - deyə o bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?