GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qalib ordunun Şəhid Polkovniki Babək Səmidlinin ailəsinə Zəfər ordeni təqdim olundu

Qalib ordunun Şəhid Polkovniki Babək Səmidlinin ailəsinə Zəfər ordeni təqdim olundu

Tarix: 3-07-2021, 16:07 Bölmə :Cəmiyyət Baxış: 670
Qalib ordunun Şəhid Polkovniki Babək Səmidlinin ailəsinə Zəfər ordeni təqdim olundu


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıraq, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovniki Babək Səmidli ölümündən sonra Zəfər ordeni ilə təltif edib.

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general – mayor Abdullayev, Göyçay rayon İcra Hakimiyyəti Başçıs Mehdi Səlimzadə, ağsaqqallar, dindarlar, şəhid ailələri, rayon ictimayyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin nümayəndələri və KİV- əməkdaşları Göyçay şəhər şəhidlər xiyabanını ziyarət ediblər. Mərasim iştirakçıları Göyçay rayonunun 20 yanvar hadisələrində, birinci və ikinci Qarabağ müharibələri zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanların məzarları üzərinə tər qərənfillər düzərək ziyarət edib. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yada olaraq, ruhlarını ehtiramla yad ediblər.



Qalib ordunun şəhid polkovniki, Azərbaycan Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə Komandir müavini olmuş Babək Səmidlinin məzarı yanında çıxış edən Göyçay rayon icra hakimiyyəti başçısı Mehdi Səlimzadə çıxışında Ali Baş Komandan İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazandığını, nəsillərdən bizə miras qalan ən ülvi hislərimizlə qələbə dəyərlərini gələcək nəsillərə daşıyıdığını qeyd etdi.
Rayon rəhbəri Azərbaycan Prezidenti tərəfindən qismən səfərbərllik elan olunandan respublikamızın hər yerində olduğu kimi Göyçayda da gənclərimizin könüllü olaraq düşmənlə üz-üzə cəbhəyə vətənpərvərlik ruhu ilə getdiklərinin, 30 ilə yaxın işğal altında olan əzəli və əbədi torpaqlarımızın azad olunmasında igidlik göstərdiklərini toplantı iştirakçılarının diqqətinə çatdırdı. M. Səlimzadə sentyabrın 27-də Murov dağ yüksəkliyi uğrunda gedən qanlı döyüşlərdə ilk şəhidlərdən birinin məhz Göyçay rayonunun Ləkçıplaq kəndindən Zamiq Əhmədovun olmasını, bu münvanla rayonun 46 qəhrəmanının şəhid adına yüksəldiyini bildirdi. Vətən müharibəsi Zəfər qələbəsi ilə bitdikdən sonra cəbhəyə gedən igidlərimizdən müharibədə iştirak edən gənclərimizlə görüşlərin olduğunu qeyd edən icra başçısı dövlətimiz tərəfindən şəhid ailələri və qazilərimizin həmişə qayğı və diqqətlə qarşılandığını bildirdi.



Şəhid valideyinlərinə baş sağlığı verən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general – mayor Zaur Abdullayev 44 günlük Vətən müharibəsi ərəfəsində və bu savaşın gedişində Səfərbərlik Xidmətinin göstərdiyi fəaliyyətə münasibət bildirərkən qeyd edib ki, Böyük Zəfərimizdə bu qurumun yüksək fəaliyyəti danılmazdır. Görülmüş işlər ötən onilliklərdə Ümummilli lider Heydər Əliyev, daha sonra isə cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müdrik, məqsədyönlü siyasətin parlaq nəticələri olduğunu vurğulayan general-mayor bu möhtəşəm işlərə, xüsusən haqq savaşımız dönəmində, mühüm töhfələr verən, nümunəvi fəaliyyət göstərən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də qələbəmizin təmin edilməsində vacib rol oynadığını, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbələrində o cümlədən hazırda olduğumuz Göyçay rayon şöbəsində gənclərin könüllü olaraq, yüksək ruhla cəbhəyə yolanmasından və onların igidliyindən danışdı. Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovniki Babək Səmidli ölümündən sonra Zəfər ordeni ilə təltif edilməsi qəhrəmanlarımızıın bariz nümaunəsidir. Sonra Şəhidin evində olan qonaqlar Polkovnik Babək Səmidlinin xatirə guşəsi ilə tanış oldular. Babək Səmidlinin atası Mətləb Səmidli Azırbaybaycan Respublikası Prezidenti İlham Əliyevə onun oğlu Babək Səmidliyə "Zəfər ordeni" təltif etdiyinə verdiyi dəyərə və qiymətə görə ailəsi adından təşəkkürünü bildirdi. Sonda "Zəfər ordeni" şəhid polkovnik Babək Səmidlinin övladları Mətləb və Səmidə təqdim olundu.



Qeyd edək ki, Göyçayımızın fəxri olan,Babək Mətləb oğlu Səmidli 7 yanvar 1974 cü ildə Göyçay rayonunda anadan olub, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə Komandir müavini vəzifəsini icra edib.
1993-cü ildə Ankarada Quru Qoşunları Məktəbinə daxil olub və 1997-ci ildə oradan məzun olub.Azərbaycan Silahlı Qüvvələri — Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilat. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir.Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti daxildir.2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Babək Səmidli 1-ci Ordu Korpusunun Əməliyyat bölməsinin rəisi idi.



Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunmuşdu. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olundu.



Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycanın qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.



Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
23 noyabrır 2020 ci ildə Babək Səmidli Suqovuşan ərazisində minaya düşüb və şəhid olub. O, Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya tərəfinin sülhməramlıları və Ermənistan tərəfinin rəsmilərində ibarət qrupun üzvü idi. Qrupun məqsədi döyüş meydanında qalan meyidlərin çıxarılması idi. Mina partlaması nəticəsində həmçinin 4 erməni rəsmisi və 1 rus sülhməramlısı da yaralandı. Babək Səmidli noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olundu.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.



Babək Səmidli 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşləri idarə edənlərdən biri olub. 2020-ci ilin noyabrda minaya düşməsi nəticəsində şəhid olub.Göyçay şəhər Şəhidlər xiyabanında dəfn olunub. Ailəli idi. Mətləb və Səmid adında 2 oğlu yadigar qaldı.
"Şərəfli yolu seçin, doğru yolu seçin. Bu üçündən biri gəlsin başımıza: ya qalib olaq, ya qazi olaq, ya şəhid olaq. Başqa bir seçim heç bir Azərbaycan əsgərində ola bilməz."
Babək Səmidli.



Bildirək ki, Göyçay şəhərində şəhid polkovnik Babək Səmidlinin adına yeni küçə salınmış, bərpa-təmir olunaraq şəhidin xatirə lövhəsi vurulmuşadur.










Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vətən müharibəsində iştirak edən 82 670 hərbçi təltif olunub

    Vətən müharibəsində iştirak edən 82 670 hərbçi ...

    30-12-2020, 13:45

  • 
  • Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif edib - SİYAHI

    Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin ...

    16-08-2018, 14:12

  • 
  • Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb

    Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış ...

    2-04-2018, 10:21

  • 
  • Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb

    Azərbaycanda hərbi xidmətə növbəti çağırış ...

    1-04-2021, 09:41

  • 
  • Prezidentin işdən çıxardığı general fərari olub?

    Prezidentin işdən çıxardığı general fərari olub? ...

    13-07-2017, 13:40


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu