Şabranda avtomobil polis əməkdaşını vuraraq öldürüb.
Gundemxeber.az-ın məlumatına görə, hadisə ötən gün gecə saatlarında Şabran şəhərində qeydə alınıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov Oxu.Az-a açıqlamasında bildirib ki, Şabran şəhər sakini Aslan Aslanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanmış Şabran Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Təbriz Heybətovu vurub:
“Nəticədə polis əməkdaşı hadisə yerində aldığı xəsarətlərdən vəfat edib. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?