Gürcüstanda koronavirusa son sutkada 1 862 yoluxma qeydə alınıb.
Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd edilir.
Vəziyyəti ağırlaşan 11 xəstə həyatını itirib.
Gürcüstan Səhiyyə nazirinin müavini Tamar Qabuniya qeyd edib ki, pandemiya ilə bağlı mövcud vəziyyət çox çətindir və əhalinin sağlamlıq planı və ya digər proseslərin inkişafı baxımından xüsusi risklər yaradır.
“Dünənki yoluxma sayı 1 800-ü keçdi və bu, son iki həftə ərzində yoluxmanın xüsusi dərəcədə gücləndiyini göstərir. Son 2-3 gün ərzində əlavə uşaq çarpayılarını səfərbər etməli olduq, bu da uşaqlar arasında infeksiyanın yüksək olduğunun göstəricisidir. İnfeksiyanın yayılması baxımından risklər artır və bu vəziyyətdə əsas həll yolu yenə peyvənd proqramıdır. Peyvənd proqramının fasiləsiz həyata keçirilməsi hər kəsin mənafeyinə uyğundur”, - deyə o idarələrarası koordinasiya şurasından sonra keçirilən brifinqdə bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?