İyunun 12-də yaşadığı evdə tək olarkən rayonun Həşimxanlı kənd sakini, 1977-ci il təvəllüdlü Nazilə Məmmədovanın həmkəndliləri Faiq Əmrahov və Əvəz Əmrahov tərəfindən zorlanması ilə bağlı N.Məmmədovanın müraciəti əsasında Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Sabirabad Rayon Prokurorluğundan məlumat verilib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.1-ci (Zorlama bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Faiq Əmrahov və Əvəz Əmrahov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İş üzrə müvafiq ekspertizalar təyin edilib və hazırda istintaq rayon prokurorluğunda davam etdirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?