GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Polad Həşimovun şəhid olması xəbərini necə eşitdik?

Polad Həşimovun şəhid olması xəbərini necə eşitdik?

Tarix: 14-07-2021, 12:36 Bölmə :Cəmiyyət Baxış: 303


2020-ci ilin iyul ayının 14-ü, səhər tezdən saat 6-da düşmənin atəşə tutduğu Tovuzun Ağdam kəndinə yollanırıq.

Polislər zabitəli davranışları ilə bizi saxlayır, kim olduğumuzu, hara getdiyimizi soruşur. Başadüşüləndir, axı təhlükəsizlik, mülki vətəndaşların təhlükəsizliyinin təmini qarşıya qoyulan vəzifədir və polis də öz işini görür.

Polisin sorğu-sual çətirinin altından keçdikdən sonra çətinliklə də olsa Ağdam kəndinə giririk, bu vaxt artilleriya atəşlərinin adamın içini silkələyən, qulağa girib, əsəb sisteminə toxunan “vıyıltı” səslərini eşidirik.

Dərhal polis rəisi və onun əmrini gözləyən əməkdaşlar bizim tez bir zamanda, təhlükəsiz şəkildə ərazidən uzaqlaşmağımızı tələb edirlər, onların tələbini başa düşürük, ancaq öz üzərimizə düşən işin ağırlığını dərk edirik. Ona görə polislər nə qədər israr etsə də, biz döyüşləri işıqlandırmağın zərurətindən doğan məsuliyyətlə vəzifəmizi yerinə yetirməyi qərara alırıq.

Mərmilər başımızın üzərindən keçir, Qaraqaya yüksəkliyi gözümüzün önündə atəşə tutulur, aramızda məsafə olsa da, partlayış və onun dalğasından daş parçalarının qara tüstü alovu içərisində havaya səpələndiyini görürük. Ara-sıra iriçaplı silahlar da işə düşür və artilleriya atəşinin səsinə qarışır.

Həyəcanımız artır, artıq şəhidlərimizin olduğuna dair internet resurslarında məlumatlar dolaşır, təxminən 3 saat gərgin tempdə jurnalist öhdəliklərimizi yerinə yetiririk.

Bir az sonra aldığımız bir məlumat həyəcanımıza ağır kədər qarışdırır və gərginliyimiz artır.

Əlimizi telefona atırıq, internet resurslarına nəzər yetiririk, indi eşitdiyimiz məlumatın virtual platformada da təzahürlərini görürük.

Tək bircə arzumuz var: Təki, deyilənlər və yazılanlar yalan olsun. Həmin məlumat general-mayor Polad Həşimovun şəhid olması ilə bağlı idi, şoka düşürük, sual edirik ki, məgər general da səngərdə, düşmənlə üz-üzə döyüşərmi?

Lakin indi bu sual arxa plana keçib, çünki kədər, qüssəqarışıq qürur hissimiz alovlanır, axı generalın şəhid olması böyük fəxarət duyğuları yaradır!

Hərbçilər yanımızda var-gəl edirlər, komandanı komandaya calayıb cəld şəkildə döyüş tapşırıqlarını yerinə yetirmək üçün lazımi yerdəyişmələri edirlər.

İmkan tapıb, bəzilərinə Polad Həşimov barədə suallar ünvanlayırıq, bir ağızdan “bəli, tanıyırıq, əla insandır, yaxşı zabitdir” deyirlər. Lakin uzun-uzadı danışmaq imkanımız məhduddur, ona görə, hərbçilərə “Allah yolunuzu açıq etsin, Allah qorusun” deyib onların müqəddəs vəzifə ardınca getməsini seyr edirik.

Təəssüflər olsun ki, xəbərlər heç də yaxşı deyil və hər keçən dəqiqə Polad Həşimovun şəhid olması xəbərinin sürətlə yayılmasının xeyrinə işləyir.

Müdafiə Nazirliyi ilə məlumatı dəqiqləşdirmək də çətindir. Narahatlıq və rəsmi məlumatın olmamasından doğan boşluqları yalnız ümid hissimiz doldura bilərdi. Lakin artıq bu da kara gəlmir.

Az keçmir ki, Bakıdan gələn zənglə müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin media nümayəndələri üçün keçirəcəyi brifinqdə iştirakımızın vacibliyi barədə tapşırıq alırıq.

Əldə etdiyimiz məlumata görə, Kərim Vəliyev şəhidlərin siyahısını açıqlayacaq və Polad Həşimovun da adını çəkəcək, ağırlıq üzərimizə çöksə də, milli qürurun yeni simada təcəssümü bizi ruhlandırır.

Kərim Vəliyev Polad Həşimovun və onunla birlikdə polkovnik İlqar Mirzəyevin ön xətdə şəhidlik zirvəsinə ucaldığını jurnalistlərə deyir, əlavə heç bir sualı isə cavablandırmır.

Sən demə həmin zaman eyni postda Polad Həşimov və İlqar Mirzəyevlə yanaşı, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir Yaşar Babayev düşmən atəşi nəticəsində şəhid olublar.

Bəli, Polad Həşimovun simasında hərb tarixində yeni nümunə yarandı və generalın şəhid olması xalqımızın ehtiyatda qalaraq mürgüləyən qəhrəmanlıq hisslərini coşdurdu.

Bu, milli emosiyaların qürurverici təzahürləri idi və həmin təzahürlər Vətən müharibəsinə gedən yoldakı bütün maneələri qırdı... Artıq bütün şəhidlərimizin qisası alınıb...

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Düşmən Ağdam və Ağcabədi rayonlarının ərazisini atəşə tutur

    Düşmən Ağdam və Ağcabədi rayonlarının ərazisini ...

    3-11-2020, 16:33

  • 
  • Şəhid general Polad Həşimovun yaşadığı bina təmir olunur

    Şəhid general Polad Həşimovun yaşadığı bina təmir ...

    10-08-2020, 11:07

  • 
  • Şəhid general-mayor Polad Həşimovun büstü hazırlanıb

    Şəhid general-mayor Polad Həşimovun büstü ...

    21-07-2020, 11:49

  • 
  • Düşmən Ağdam və Ağcabədini atəşə tutur

    Düşmən Ağdam və Ağcabədini atəşə tutur ...

    2-11-2020, 08:08

  • 
  • Düşmən cəbhədə mülki əhalini və yaşayış evlərini hədəf aldı - RƏSMİ

    Düşmən cəbhədə mülki əhalini və yaşayış evlərini ...

    16-07-2020, 10:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu