Azərbaycan Müdafiə Nazirliynini açıqlamasına görə, İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub.
"Atəş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb", - nazirlik bildirib. Qurum Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralananın olmadığını qeyd edib. Ermənistan tərəfi hələ ki, bu barədə məlumat verməyib. Azərbaycan Müadafiə Nazirliyi Şuşa şəhəri yaxınlığında mövqelərinin iyulun 14-də də atəşə tutulduğunu açıqlamışdı. Bundan başqa, həmin gün Ermənistan silahlı qüvvələrinin Naxçıvan istiqamətində Azərbaycan mövqelərini atəşə tutması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb, Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb. Ermənistan Müdafiə Nazirliyi çərşənbə günü Naxçıvanla sərhəddə Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin "döyüş mövqelərini irəliləmək üçün mühəndis texnikasından istifadə edərək möhkəmləndirmə işlərini aparmağa çalışdıqlarını" deyib. Ermənistan hadisə nəticəsində bir erməni əsgərinin öldüyünü açıqlayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?