GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "HƏBSDƏKİ KORRUPSİONERLƏR MÜQAVİMƏTƏ BAŞLAYIB" - "3 il sonra azadlığa çıxıb oğurladıqları milyonları xərcləyəcəklər"

"HƏBSDƏKİ KORRUPSİONERLƏR MÜQAVİMƏTƏ BAŞLAYIB" - "3 il sonra azadlığa çıxıb oğurladıqları milyonları xərcləyəcəklər"

Tarix: 16-07-2021, 11:25 Bölmə :Cəmiyyət Baxış: 238
"HƏBSDƏKİ KORRUPSİONERLƏR MÜQAVİMƏTƏ BAŞLAYIB" - "3 il sonra azadlığa çıxıb oğurladıqları milyonları xərcləyəcəklər"


Korrupsioner sabiq icra başçılarının və digər vəzifəli şəxslərin məhkəmə proseslərinə start verilir. Aylardır istintaq altında olan, rüşvət aldıqları, külli miqdarda sərvət topladıqları şübhə doğurmayan bu tiplər isə açıq şəkildə müqavimət göstərirlər.

Məsələn, bu ayın əvvəlində Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Sabiq icra başçısı İsmayıl Vəliyev ittiham üzrə özünü təqsirli bilməyib və bu mərhələdə ifadə verməkdən imtina edib. İfadə verib-vermək əlbəttə ki, təqsirləndirilənin hüququdur. Amma “özümü təqsirli bilmirəm” demək təkcə onu həbsə alan hakimiyyətə deyil, həm də bu adamların cəzalandırılmasını tələb edən cəmiyyətə müqavimətidir.

Yada salaq ki, bundan əvvəl rüşvət ittihamı ilə həbs edilən mədəniyyət nazirinin sabiq birinci müavini Rafiq Bayramov da məhkəmədə ifadə verməkdən imtina edir.


Deputat Vahid Əhmədov “Yeni Müsavat”a deyib ki, bu gün məhkəmə qarşısına çıxarılan icra başçıları və digər məmurların həbs səhnələri, rüşvət almaları haqda videolar dəfələrlə nümayiş olunub: “Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatlar zamanı başçıların kabinetlərindən götürülən dəlil-sübutlar, rüşvət almaları əks olunan videolar var. Yəni bu adamların rüşvət alıb korrupsiyaya bulaşmaları sübut-dəlillərlə təsdiqlənib. Bu gün məhkəmə qarşısında özlərini qorumaq üçün belə bir mövqe tuturlar. Buna baxmayaraq, rüşvət aldıqlarına görə cəzaları veriləcək”.

Deputat məmurlara qarşı antikorrupsiya əməliyyatlarından sonra da bu sahədə vəziyyətin dəyişmədiyini deyir: “Bu gün də əksər rayonların icra başçıları, nazirliklərin rəhbərlikləri və işçiləri öz işlərindədirlər. Sanki antikorrupsiya əməliyyatları bunlara heç aid deyil. Rüşvət alırlar, korrupsioner əməllərini davam etdirirlər. Hətta şəhid ailələrinə qarşı da bu əməllərini edirlər. Halbuki gözləntilər vardı ki, 44 günlük müharibədən sonra bu sarıdan vəziyyət dəyişəcək, belə əməllər aradan qalxacaq. İstər icra başçısı olsun, istər məmur olsun xalqı düşünəcək, millətin güzəranının yaxşılaşması üçün addımlar atacaqlar. Dövlət başçısının dediyi kimi, xalqın xidmətçisi olacaqlar. Belə olmadı, əksinə, daha da durum çətinləşib. Bizə kifayət qədər şikayətlər daxil olur, yenə də rüşvət və korrupsiya halları davam edir”.

“Bakı Hüquq Şirkəti”nin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, məmurların, həbsdəki icra başçılarının tutduğu mövqeni şərtləndirən amillər var: “Həmin o həbsdəki sabiq icra başçısı, həmin o sabiq nazir müavini bilir ki, danışsa batacaq. Danışmasa isə ona cəza kəsəcəklər, 3 il sonra da azadlıqdadır. Onu həmin cinayətə sürükləyən qüvvələrin dəstəyi ilə azadlığa çıxıb gedib xalqdan oğurladıqları pulları sorğu-sualsız öz keflərinə xərcləyəcəklər. Ona görə də ”susmaq qızıldır" qaydasına əməl edirlər. Bununla da mübarizə aparılmalıdır və müəyyən tədbirlər görülməlidir. Amma ümumilikdə götürəndə Azərbaycan hökuməti korrupsiyaya ilə mübarizə aparmaq istəyirsə, əsas məsələlər büdcə şəffaflığı və ədalətli məhkəmə sistemi təmin edilməlidir.

Dünyanın heç bir yerində korrupsiya ilə mübarizə aparılarkən məhkəmə sistemindən yan keçmək mümkün olmayıb. Bu gün ən korrupsiyasız sayılan ölkələrdən biri Sinqapurda ilk atılan addım məhkəmə islahatları oldu, sonra korrupsiya ilə mübarizə kəskinləşdi və cəza mexanizmi yaradıldı. Azərbaycan məhkəmələri ilə bağlı gələn xəbərləri izləyin və susan icra başçısı ilə, nazir müavini ilə əlaqəni görəcəksiniz. Bu adamlar həbsə düşməzdən əvvəl məhkəmələrin durumunu bilirlər. Bilirlər ki, büdcədən 10 milyon oğurlayıb altlarına yığacaqlar. Ələ keçərlərsə, 5 milyonunu xərcləyib 3 ildən sonra Azərbaycan məhkəməsindəki hakimlərin əli ilə azadlığa çıxacaqlar. Bu gün Azərbaycanda korrupsiya ilə mübarizədə vəziyyət ürəkaçan deyil. Hətta tender qanunvericiliyinin özünün tələbləri zaman-zaman pozulur. Həmin qanunvericilikdə ən vacib müddəalardan biri şirkətlərin təcrübəsi məsələsidir. Onların müəyyən təcrübəsi olmalıdır, amma biz görürük ki, 2-3 həftə əvvəl yaradılmış, nizamnamə kapitalı cəmi 10 manat olan, eyni ünvanda bir neçə adla qeydiyyatdan keçən şirkətlər dövlət satınalmalarında iştirak edib “qalib” olurlar. Bunu bu gün məhkəmədə susan sabiq icra başçısı da görür, hakim də, prokuror da. Ona görə də oğurladıqca oğurlayırlar, taladıqca, daha da iştahlanırlar. Tutulandan sonra da “içəri”də də rahat, komfortlu həyat sürüb taladıqları ölkədə firavan yaşayırlar. Bu halda niyə də büdcə oğurlamasınlar, korrupsiya, rüşvətlə məşğul olmasınlar?"

Hüquqşünas deyir ki, bu gün Hesablama Palatasının hesabatlarında büdcə vəsaitlərinin qeyri-şəffaf xərclənməsi ilə bağlı göstərilən faktlar bəzən cinayət işlərinin başlanmasına səbəb olmur: “Axı necə ola bilər ki, Hesablama Palatası yeyintini üzə çıxarsın və cinayət işi başlanmasın? İcra başçısı da oturub kabinetində, baxır ki, rayona 10 milyon ayrıldı, haradansa bir 3 günlük şirkət peyda olub 2 milyonu aldı. Başqa bir 10 günlük şirkət 5 milyonu apardı. Düşünür ki, maksimum 5 il başçı olacağam, elə mən də bu pullardan 1 milyon çırpışdırım, vətəndaşdan torpaq üçün 15 min alım, şəhid anasını qapıdan qovum, əlilin haqqını yeyim, rayonda sosial vəziyyəti ağır olan vətəndaşlar üçün yaradılan iş yerlərinə görə maaşları ələ keçirim. Axırda da gedim məhkəmədə susum, hakim istəyir ömürlük oxusun, onsuz da sonda məsələ pulla həll ediləcək. Yəni pulunu verib azadlığa çıxacaq. Odur ki, antiterror əməliyyatlarına əhəmiyyət verilmir. Bu gün həbsdə olan başçılara olmayanlar həsəd aparırlar. Tez-bir zamanda həbs edilərək istintaq-məhkəmə mərhələsini keçib oğurladıqlarından özlərinə qalan hissə ilə gələcəklərini qurmağı arzulayırlar. Çox təəssüf ki, bugünkü Azərbaycan reallığı belədir. Susqun başçıların, nazir müavininin haradasa 2025-ci ildə avazları dünyanın ən yaxşı kurortlarından gələcək”.

Hüquqşünas ölkədə korrupsiya və rüşvətin kökünün kəsilməsi üçün tez bir zamanda məhkəmələrdə real islahatların aparılmalı olduğunu deyib.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və digərlərinin məhkəməsi başlayıb

    Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və ...

    21-05-2021, 17:14

  • 
  • İcra başçısının tutulan müavininin bacısı da yüksək vəzifədədir - FOTO

    İcra başçısının tutulan müavininin bacısı da ...

    24-02-2020, 12:27

  • 
  • ŞOK: Neftçalada YAP-ın rayon təşkilatının sədri də saxlanıldı - FOTOLAR

    ŞOK: Neftçalada YAP-ın rayon təşkilatının sədri ...

    21-02-2020, 20:43

  • 
  • Həbsdə olan sabiq icra başçısının məhkəməsi Bakıda keçiriləcək

    Həbsdə olan sabiq icra başçısının məhkəməsi ...

    30-04-2021, 10:57

  • 
  • Həbsdə olan sabiq icra başçısının məhkəməsi başlayır

    Həbsdə olan sabiq icra başçısının məhkəməsi ...

    10-03-2021, 19:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu