Daxili İşlər Nazirliyi (DİN) müğənni Aygün Mirzəyevanın otel otağında qətli ilə əlaqələndirilən və bir neçə gündür sosial şəbəkədə müzakirə olunan video haqda açıqlama yayıb.
DİN Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, görüntülər DİN tərəfindən araşdırılıb:
"Məlum olub ki, hadisə Amerika Birləşmiş Ştatlarının Florida ştatında baş verib. Belə ki, Florida ştatında bir kişinin arvadı kimi təsvir olunan qadını və sevgilisini öldürdüyünü iddia edən video onlayn yayılır. Video ilk dəfə cümə günü Twitter platformasında paylaşılıb və sürətlə dünya mediasında yayılıb. Video artıq 10 milyondan çox insan tərəfindən onlayn izlənilib və bir müddət sosial media platformasında ən çox baxılan video olub".
****
İyulun 16-da paytaxtın Nizami rayonunda yerləşən oteldə Aygün Mirzəyevanın qətlə yetirilməsi ilə bağlı xəbər vermişdik.
Rəsmi məlumata görə, Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib. Həmin şəxs artıq həbs olunub.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə qətlin baş vermə anının video görüntüləri yayılıb. Videodan görünür ki, otaqda Aygün Mirzəyevə başqa bir şəxslədir. Bu zaman qapını açan digər şəxs otaqda olan kişiyə və qadına bir neçə zərbə endirir və otağı tərk edir.
Video otel nömrəsinə yerləşdirilmiş gizli kamera ilə qeydə alınıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?