Bakıda məhkəmədən qaçan təqsirləndirilən şəxs saxlanılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə məhkəmə zalından qaçan şəxs müəyyən olunaraq saxlanılıb. Həmin şəxs aidiyyatı üzrə təhvil verilib. *** 11:32 Bakıda dustaq məhkəmədən qaçıb. İyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitəsinin daşınmasına görə saxlanılan şəxs bir gün sonra qaçıb. 1976-cı il təvəllüdlü Tərlan Həsənov barəsində verilən sanksiyaya baxılması üçün iyulun 21-də Suraxanı rayon Məhkəməsinə gətirilib. Prosesdən öncə məhkəmə zalında polislərin başının qarışmasından və onun nəzarətsiz qalmasından istifadə edərək oradan qaçıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?