Hesablama Palatasının Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yoxlamalara başladığına dair məlumatlar yayılıb.
Hesablama Palatasının mətbuat katibi Nailə Qazıyeva Modern.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.
Əlavə məlumat verilməyib.
Qeyd edək ki, TƏBİB Prezident İlham Əliyevin 21 dekabr 2018-ci il tarixli fərmanı ilə yaradılıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin 2 dekabr 2019-cu ildə imzaladığı əmrlə Ramin Bayramlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri təyin edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?