Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreisus son 4 həftə ərzində dünyanın 6 qitəsindən 5-də koronavirusa yoluxanların 80 faiz artdığını açıqlayıb. ÜST rəsmisi bu artıma “Delta” ştamının səbəb olduğunu və bu ştamın 132 ölkədə aşkarlandığını bildirib. O, ötən həftə təşkilata 4 milyona yaxın yeni yoluxma sayının bildirildiyini və 2 həftə ərzində ümumi yoluxma sayının 200 milyonu keçəcəyini gözlədiklərini diqqətə çatdırıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?