GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Pandemiya yolunun harasındayıq? - “Yaxın günlərdə sərtləşdirmə tədbirləri olacaq...”

Pandemiya yolunun harasındayıq? - “Yaxın günlərdə sərtləşdirmə tədbirləri olacaq...”

Tarix: 31-07-2021, 14:13 Bölmə :Cəmiyyət Baxış: 503
Pandemiya yolunun harasındayıq? - “Yaxın günlərdə sərtləşdirmə tədbirləri olacaq...”


Artıq dünyada və Azərbaycanda yoluxma sayı getdikcə artmaqda davam edir. Bir çox ölkələrdə pandemiyanın 4-cü dalğasının başladığı deyilir. Həkimlər koronavirusun “Delta” növünün uşaqları və gəncləri aktiv şəkildə yoluxdurduğunu, hətta güclü immunitetin bu infeksiyadan tam qorumadığını bildirirlər.

Qazaxıstanın ən böyük şəhəri Almatıda koronavirusun 4-cü dalğasını sabitləşdirmək üçün peyvənd edilmiş sakinlərin kifayət qədər olmadığı diqqətə çatdırılıb. Almatının baş sanitar həkimi Zandarbek Bekşin koronavirusun “Delta” ştammının kimləri ən çox yoluxdurması ilə bağlı açıqlama verib. Qeyd edib ki, hazırda uşaqlar və gənclər risk altındadır: “Son iki həftə ərzində yaş qrupları üzrə təhlillər göstərdi ki, bir yaşınadək uşaqların arasında yoluxmaların sayında artım davam edir (2,8% ) .

“Yoluxmuşlar arasında immuniteti kifayət qədər güclü olan gənc bir populyasiya üstünlük təşkil edir. Buna görə də koronavirusun 4-cü dalğaqı əvvəlkilərdən daha təhlükəlidir. 20-40 yaş arası Almatı sakinləri arasında COVID-19 xəstəliyi 38%, 40-59 yaş arası vətəndaşlar arasında - 25% və 60 yaşdan yuxarı insanlar - 20%-dir”-deyə Bekşin əlavə edib.

Qardaş ölkə Türkiyədə də vəziyyət ürəkaçan deyil. Son məlumatlara görə, Türkiyədə koronavirusa yoluxma son ayda rekord həddə çatıb. Həkimlər və tədqiqatçılar, günahın türk kurortlarına kütləvi şəkildə gələn rusiyalı turistlərin olduğunu bildirirək həyəcan təbili çalırlar.

Hazırda Antaliyada koronavirusun “Delta” ştammına yoluxma halları qeydə alınıb. “Rusiya turistlərinin nəzarətsiz axını səbəbindən yeni dalğanı dayandıra bilmərik”, deyə Antalya Tibb Palatasının prezidenti Doktor Nursel Şahin etiraf edib. Www.evrensel.net portalı bildirir ki, Türkiyə koronavirusun “Delta” ştammının yayılması səbəbindən epidemioloji vəziyyətin pisləşməsindən ciddi şəkildə qorxur. Ölkədəki istirahət edənlər üçün bütün məhdudiyyətlər götürüldüyü üçün Rusiyadan hər gün on minlərlə turist yeni COVID-19 gərginliyinin artdığı məşhur türk kurortlarına gəlir.

“Rusiyada peyvəndləmə ləng aparılır. Əhalinin yalnız təxminən 10 faizinə peyvənd vurulub. Bu yaxınlarda Rusiyanın 45 fərqli istiqamətinə çarter uçuşlarına icazə verdik. Rusiyadan gələn turistlər çoxdur! Bəli, turizmdən və valyutadan gəlir lazımdır, amma epidemioloji tədbirlər baxımından ciddi bir nəzarət çatışmazlığı var”, - deyə həkim bildirib.

Dr. Nursel Şahinin sözlərinə görə, yazın əvvəlində Antalyada yoluxma sayında azalma var idi, lakin gələn turistlərin böyük axını səbəbindən COVID-19-a yoluxmaların aşkarlanması halları getdikcə daha çox hal alır: “”İndi peyvənd edirik, insanlar hətta açıq havada peyvənd olunur. Ancaq həkimlərin əmin etdiyi kimi, turistlərlə vəziyyət yaxın gələcəkdə dəyişməsə, virusu nəzarət altına ala və xəstəliyi tamamilə aradan qaldıra bilməyəcəklər. Bir çox turistlər heç bir qaydalara əməl etmir, onlara məsləhət və tövsiyələr vermək mənasızdır. Və virus yayılmağa davam edir".

Göründüyü kimi, yaxın ölkələrdə vəziyyət getdikcə çətinləşir, nəzərə alsaq ki, Azərbaycandan da çoxlu sayda turistlər istirahət üçün qonşu ölkələrə üz tutur, bu böyük bir təhlükədən xəbər verir.

Bizdə də yoluxma sayı üç rəqəmliyə keçdi və sürətlə artmaqdadır. Olmaya, ölkə artıq 4-cü dalğanı yaşayır? Artım dinamikası sabit sayıla bilərmi, yoxsa azalaraq bir qədər öncəki, ikirəqəmli həddə də düşəcək? Yay bitməmiş əlavə məhdudiyyətlərin tətbiqi mümkünmü?

Bəs Azərbaycanda vaksinasiya prosesinin gedişatı başqa ölkələrlə müqayisədə necədir? Hökumətin son qərarlarından (1 sentyabr qadağaları) sonra peyvəndləmə sürətlənibmi?

Bu arada Nyu-York meriyası peyvəndin ilk dozasını vurana 100 dollar vəd edib. Bizdə də hansısa həvəsləndirmə üsulları mümkündürmü?

Mövzu ilə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a danışıb: “COVİD -19 infeksiyasına yoluxma artmağa doğru davam edir, deyərdim ki, sürətlə artır. Bu həm ”Delta" ştammının, həm də karantinin yumşaldılması hesabına, həm toylara icazələrin verilməsi və ən önəmlisi, əhali tərəfindən maskaların taxılmasına biganəliklə bağlıdır. Bütün bunların fonunda koronavirus infeksiyası da sürətlə artmağda davam edir. Düşünürəm ki, yaxın günlərdə karantin qaydalarının sərtləşdirilməsinə gediləcək. Təbii ki, bütün sektorlarda olmayacaq, amma ən azı toyların qadağan olunması, maskaların taxılmasına nəzarətin artırılması, böyük ticarət mərkəzlərində, xüsusən idarələrdə maskaların taxılmasına ciddi əməl olunmasına nəzarət olunmalıdır".

M.Əliyev onu da əlavə edib ki, artıq bütün dünyada “Delta” ilə əlaqədar pandemiyanın yeni dalğası baş qaldırıb: “Bu Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də elan olunub. Bu bizim ölkəyə də öz təsirini göstərir və təbii ki, əgər karantin qaydaları bir az sərtləşdirilsə, birdən-birə olmasa da, tədricən yoluxmada azalma müşahidə olunacaq. Çünki burada həm vaksinasiya prosesi gedir, həm də yoluxub sağalanların sayı kifayət qədər çoxdur. Bunlar hamısı əhalinin xeyrinədir və buna görə əvvəlki dalğalardakı kimi olmayacaq və karantin qaydaları bir az sərtləşdirilsə, bütün sektorlarda yox müəyyən qədər vacib yerlərdə hansı ki, yoluxmaya daha çox təkan verir. Həmin yerlərdə sərtləşdirilərsə və bəzi məhdudiyyətlər tətbiq olunsa azalmağa doğru edəcək”.

İnfeksionist hesab edir ki, Azərbaycanda vaksinasiya prosesinin gedişi qənaətbəxş hesab oluna bilər: “Bütün rayonlar üzrə regionlarda və Bakı şəhərində bu proses gedir. Son günlər yoluxma sayındakı artımdan sonra əhalinin peyvənd olunmağa meyli artıb. Bir müddət əvvəl müşahidə edirdik ki, yoluxma az olanda vaksin olunmağa da maraq yox idi. Arxayınlaşma vardı, peyvəndlərə qarşı biganəlik yaranmışdı. Belə görünür ki, bu artımın fonunda dövlət tərəfindən də bir az daha çox vaksinasiyanın sürətləndirilməsi istiqamətində bəzi tədbirlər görülüb. Həm də payıza qədər peyvənd olunma başa çatmalıdır, ən azı 60-70 faiz insan vaksin olunmalıdır. Çünki payızda daha çox kəskin respirator xəstəliklər - həm qrip, həm digər xəstəliklər, o cümlədən koronavirus infeksiyası artmağa meyilli olur. Buna görə payıza qədər vaksinasiya prosesinin əsas hissəsi başa çatmalıdır”.

Bu arada ABŞ-ın tibbi tənzimləyicisi COVID-19 infeksiyası barədə yeni məlumatlara əsaslanaraq vaksinasiya olunan insanların qoruyucu maskadan istifadəsinin bərpası barədə qərar qəbul edib."New York Times" xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Onların Profilaktikası üzrə Mərkəzinin rəhbəri Roşel Valenski bildirib. May ayında Roşel Valenski peyvənd edilmiş amerikalıların bundan sonra əksər hallarda maska taxmaya və sosial distansiya saxlamaya biləcəklərini demişdi. Lakin tənzimləyici iyunun 27-də vaksinasiyadan keçən insanların yenidən qapalı məkanlarda qoruyucu maska taxmalarının vacibliyini vurğulayıb. Bu tövsiyə ABŞ-ın COVID-19 infeksiyasına yoluxma hallarının yüksək olduğu rayonlarına aiddir. “Yeni tədqiqatlar ”Delta" ştammına yoluxan peyvəndli insanların burun və ağız boşluğunda çox miqdarda virus daşıdığını göstərib", - deyə Roşel Valenski bildirib.

Xəstəliklərə Nəzarət və Onların Profilaktikası üzrə Mərkəzin daxili sənədlərində koronavirusun “Delta” ştammının MERS, SARS, Ebola və mövsümi qrip viruslarından daha yoluxucu olduğu bildirilir./“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Koronavirusun "delta" variantı 96 ölkədə qeydə alındı - ÜST

    Koronavirusun "delta" variantı 96 ...

    30-06-2021, 16:26

  • 
  • Koronavirusun təhlükəli növü dəhşət SAÇIR - Sərhədlərimizə qədər çatdı

    Koronavirusun təhlükəli növü dəhşət SAÇIR - ...

    26-06-2021, 11:38

  • 
  • Həkimdən XƏBƏRDARLIQ: “Delta” ştammı 50 % daha yoluxucudur”

    Həkimdən XƏBƏRDARLIQ: “Delta” ştammı 50 % daha ...

    17-07-2021, 09:18

  • 
  • ÜST koronavirus mutasiyalarının təhlükəsi ilə bağlı xəbərdarlıq etdi

    ÜST koronavirus mutasiyalarının təhlükəsi ilə ...

    10-02-2021, 10:49

  • 
  • ÜST-dən koronavirusun dördüncü dalğası barədə AÇIQLAMA

    ÜST-dən koronavirusun dördüncü dalğası barədə ...

    30-07-2021, 13:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu