"Polisə Dəstək" İctimai Birliyi iyulun 29-da Xaçmaz rayonun Nabrandakı istirahət mərkəzlərinin birində baş verən insidentlə bağlı bəyanat yayıb! Bəyanatda deyilir: Demokratik prinsiplərə əsaslanan müstəqil Azərbaycan dövlətinin əsas məqsədi insan və vətəndaş hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir. İnsan Hüquqları başqa dövlətlərlə və bütün dünya ictimaiyyəti ilə münasibətdə xarici və daxili siyasətin tərkib hissəsi kimi qəbul edilir. Bu mənada İnsan hüquqlarına hörmət dinindən,əqidəsindən,tutduğu mövqeyindən və siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsin borcudur. İnsan hüquq və azadlıqlarının müdafiəsi funksiyası, hüquq qaydalarının və qanunçuluğun təmini dövlətin hüquq- mühafizə orqanları ,daha çox, Azərbaycan Polisi tərəfindən həyata keçirilir. Polisin bu istiqamətdəki fəaliyyəti diğər ölkələrlə müqayisədə yetərincədir, vətəndaş məmnunluğu ilə yadda qalır. İyulun 29 -da Xaçmaz rayonun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birində karantin rejimi qaydalarına riayət olunmasının vəziyyətini yoxlayan polis şöbəsinin əməkdaşı Zaur Mirzəyevin,55 saylı seçki dairəsindən deputat seçilmiş Eldəniz Səlimovun fiziki zorakılığına məruz qalması xəbəri ölkə vətəndaşları tərəfindən ikrah hissilə,qəzəblə qarşılanıb.Belə mandat sahibinin özbaşınalığı qəbuledilməz,cinayətkarlıqla mübarizə aparan və spesifik səlahiyyətlərə malik dövlət qurumuna olan etibara xəyanətdir. Xidməti Mundirində dövlətin rəmzləri həkk olunan hakimiyyətin səlahiyyətli nümayəndəsi Zaur Mirzəyevə həqarət edilməsi,ona bədən xəsarətlərinin yetirilməsi, ləyaqətinin alçaldılması həddi aşmanın canlı təzahürüdür. Bununla da deputat Eldəniz Səlimov Operativ Qərargahın müəyyən etdiyi karantin qaydalarının icrasını təmin edən polis əməkdaşının qanuni fəaliyyətinə bilə-bilə mane olmuşdur. "Polisə Dəstək"ictimai birliyi bir daha bəyan edir ki,Eldəniz Səlimov hərəkət və hərəkətsizliyi ilə, hüququn və qanunun aliliyi prinsipinə də açıq hörmətsizlik nümayiş etdirmişdir. O, Konstitusiya ilə verilmiş toxunulmazlıq hüququndan sui-istifadə edərək təkəbbürlük göstərmiş,Azərbaycan Polisinin fəaliyyət istiqamətinə kölgə salmaqla polis əməkdaşının işgüzar nüfuzuna xələl gətirmişdir. "Polisə Dəstək" İctimai Birliyi Pespublika Baş prokurorluğundan baş vermiş və geniş rezonans doğuran faktla bağlı ədalətli və obyektiv cinayət-prosessual araşdırmanı xahiş edir. Heç kimin zərrə qədər şübhəsi yoxdur ki,ədalət zəfər çalacaq!
Təşkilatın sədri və polise.az saytının şef redaktoru: Şəmsəddin Əliyev //moderator.az//
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?