Almaniya Federativ Respublikası hökumətinin nümayəndələri iyulun 31-də Qətərin paytaxtı Dohada radikal “Taliban” hərəkatının üzvləri ilə gizli danışıqlar aparıb.
Bu barədə "Bild" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, Almaniyanı danışıqlarda Əfqanıstan və Pakistan üzrə xüsusi səlahiyyətli nümayəndə Yasper Vik təmsil edib.
Görüş Almaniya Federativ Respublikasının Federal Kəşfiyyat Xidməti tərəfindən hazırlanıb və ABŞ-la razılaşdırılıb.
Görüşdə Almaniyanın Əfqanıstandakı humanitar təşkilatlarının işçilərinin təhlükəsizliyinə zəmanət və Əfqanıstanda beynəlxalq əməliyyatda iştirak edərkən Bundesverə və alman federal polisinə yardım edən ölkə vətəndaşlarının vəziyyəti müzakirə edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?