Azərbaycanın 1-ci ordu korpusunun komandiri general-mayor Hikmət Həsənov vəzifəsindən azad olunub.
Gundemxeber.az bildirir ki, bu haqda məlumatı Manset.az saytı yayıb. Xəbərə görə, bu haqda Müdafiə naziri general - polkovnik Zakir Həsənov əmr imzalayıb. Nazirin digər əmri ilə polkovnik Qiyas Abbasov 1-ci ordu korpusunun komandiri təyin edilib. O, bundan əvvəl 3-cü ordu korpusunun komandan müavini vəzifəsində çalışıb. Qiyas Abbasov prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. Sfera.az-ın yaydığı xəbərə görə isə Hikmət Həsənov Azərbaycan Ali Hərbi Məktəbinin rəhbəri general-leytenant Heydər Piriyevə müavin təyin edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?