Böyük qalmaqalla kariyerasını bitirən deputat Eldəniz Səlimov Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır.
Gundemxeber.az xəbər verir ki, bunu Modern.az-a deputatın hüquqlarını müdafiə edən vəkillərdən biri deyib.
Məlumata görə, hazırda E.Səlimovun səhhətində hər hansı problem yoxdur, özünü normal hiss edir.
Qeyd edək ki, Eldəniz Səlimov Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında polis əməkdaşını döyməkdə təqsirli bilinərək saxlanılıb. Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.
Daha sonra Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz rayon təşkilatının İdarə Heyətinin 2 avqust tarixli qərarına əsasən, partiyanın nüfuzuna xələl gətirən hərəkətləri ilə əlaqədar Eldəniz Adil oğlu Səlimov üzvlükdən xaric edilib. 3 avqustda Milli Məclisin növbədənkənar sessiyasında deputatın toxunulmazlığına xitam verilib.
Binəqədi rayon Məhkəməsinin eyni tarixli qərarı ilə deputat barədə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?