"Narkotik vasitələrlə bağlı güzəşt yoxdur. Heç kim deyə bilməz ki, polis əməkdaşı hansısa narkotik vasitədə şübhəli bilinən şəxsi tutub və sonra buraxıb". Bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O əlavə edib ki, narkobaronlarla bağlı səsləndirilən iddialar diletant yanaşmadır: "Yəni bu şəxslər işin mahiyyətindən xəbərsizdirlər. Daxili işlər orqanları rəsmi məlumatlar yayır və video görüntülər paylaşır. Orada xüsusi qeydlər edilmir ki, bu şəxs narkobarondur və narkotikin dövriyyəsi ilə hansı səviyyədə məşğul olur. Çünki bu şəxslərin istintaqla əlaqələri öyrənilir. Ancaq bildirim ki, saxlanılan şəxslər arasında xeyli belə şəxslər var".
Sorğu
Yeni dizaynımız necədir?