GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Cəhənnəm qasırğası "Lüsifer" Azərbaycana yaxınlaşır

Cəhənnəm qasırğası "Lüsifer" Azərbaycana yaxınlaşır

Tarix: 11-08-2021, 11:47 Bölmə :Cəmiyyət Baxış: 385


Bu ilin avqustu iyuldan daha bürkü olacağını vəd edir, baxmayaraq ki, Avropa orta müddətli proqnozlar mərkəzinin məlumatına görə, 2021-ci ilin iyulu Avropada indiyədək qeydə alınan illər ərzində ikinci ən isti iyuldur. İsti hava dalğaları Baltikyanıdan Aralıq dənizinə qədər bütün Avropanı dolaşır.

"Lüsifer" irəliləyir...

İndi isə italyan sinoptiklərinin proqnozuna görə, Cənubi Avropaya doğru Afrika subtropik antisiklonu yaxınlaşmaqdadır. Onu odlu xarakterinə görə “Lüsifer” adlandırırlar. “Lüsifer” İtaliyanın cənub əyalətlərini yandırıcı istiyə məruz qoymaqla ardınca Yunanıstana və Türkiyəyə hərarət gətirəcək və öz qızmar ovcunu Cənubu Qafqazadək uzadacaq. Qızmar həftə səbəbindən İtaliyanın 8 şəhərində ən yüksək, “qırmızı” təhlükə səviyyəsi elan olunub. Yerli meteoroloqlar görünməmiş isti proqnozlaşdırır - termometrin sütunu 47-48 dərəcəyə qədər yüksələcək.

Yer əhalisinin dəfələrlə artan meşə yanğınları, çayların quruması, taxıl məhsuldarlığının azalması və s. ilə müşayiət olunan rekord qızmar yayı yaşadığından BMT yanında iqlimin dəyişmələri üzrə ekspertlərin Hökumətlərarası qrupunun (İDEHQ, The Intergovernmental Panel on Climate Change) altıncı hesabatında da bəhs edilir.

Hesabatda bildirilir ki, planetdə iqlim dəyişiklikləri prosesi sürətlənir və yeni miqyas alır. İqlim Yerin bütün bölgələrində sürətlə və getdikcə daha çox ekstremal təzahürlərlə dəyişir, - hesabatda deyilir.

Meşə yanğınları da qlobal istiləşmədən qaynaqlanır

Anomal isti təkcə Avropada yox, həm də Şimali Amerikada və Uzaq Şərqdə davam edir. Tokio Olimpiadasında müxtəlif idman növündə çıxış edən bir neçə idmançı günvurma səbəbindən yarışları dayandırmalı olub. Ekstremal istiyə görə Çinin şərq əyalətlərində fabriklər bağlanıb, Koreyada yüz minlərlə iribuynuzlu mal-qara tələf olub. Bütün bunlar iqlim dəyişikliyinin nəticəsidir və əgər dünya hökumətləri təbiəti çirkləndirən yanacaq növlərindən külək və Günəş enerjisi kimi təmiz enerji mənbələrinə keçid etməyəcək, bu dəyişikliklər də daha tez-tez təkrarlanacaq, - Qrinpisin Şərqi Asiya bürosunun rəhbəri Miken Kim jurnalistlərə bildirib.

Bəs bizim bölgəni nə gözləyir?

Milli hidrometeorologiya xidmətinin rəhbəri Umayra Tağıyeva haqqin.az-a bildirib ki, Ümumdünya meteorologiya təşkilatının (ÜMT) tövsiyələrinə uyğun olaraq Azərbaycanda havanın hərarəti beş gün ərzində +35 və daha yuxarı davam edərsə, anomal istilik dövrü hesab olunur.

Ölkəmizdə qlobal iqlim dəyişikliyi fonunda yay boyu temperatur anomaliyaları, Abşeron yarımadasında istilik dalğaları öyrənilir, bu göstəricilərin dəyişmə meylləri analiz olunur. Beləliklə müəyyənləşib ki, son 25 ildə Abşeron yarımadasında müsbət temperatur anomaliyaları üstünlük təşkil edir. Bakıda orta maksimal temperatur, xüsusən də avqustda xeyli yüksəlib, istilik dalğalarının həm təkrarlanması, həm də müddəti müşahidə olunur, - meteoroloq bildirib.

Umayra Tağıyeva narahatdır

Abşeronda tez-tez baş verən temperatur sıçramaları ətraf mühitdə müxtəlif neqativ nəticələrə və insanların bu anomaliyalara həssaslığının artmasına aparıb çıxarır.

Umayra Tağıyevanın fikrincə, iqlim dəyişikliyinin təzahürlərindən biri bürkü dalğalarının tezləşən təkrarlanması və müddətidir. Bu problem xüsusilə Avropadakı 2002-ci il anomal istilərdən sonra özünü aydın göstərir.

1960-1990-cı illərdə tədqiqatçı sinoptiklər “istilik dalğaları” terminini hələ işlətmirdilər. Hazırda isə dünyadakı qlobal iqlim dəyişiklikləri elmi dairələrdə yeni anlayışların formalaşmasına səbəb olub. ÜMT-in hesabatına görə, son 20 il tarixə yüzilliyin ən qızmar illəri kimi daxil olub. Tədqiqatlar göstərir ki, baza dövründə (1960-1990-cı illər) 30 il ərzində Bakıda cəmisi 2 istilik dalğası qeydə alınıb və onların davametmə müddəti 6 günü ötməyib. Sonrakı 25 ildə isə artıq 17 bu cür dalğa baş verib. Onlardan 14-ü son 14 ilə təsadüf edir. 2002, 2012, 2014, 2015-ci illərdə bir yay mövsümünə hətta 2 dalğa düşüb. Bürkünün orta davametmə müddəti maksimal 5,5 gün, maksimal - 6 gün, 1991-2015-ci illərdə isə artıq 7,3 gün olub. Bürkünün maksimal müddəti 2010-cu ildə qeydə alınıb - 24 gün.

Son onillikdə Azərbaycanda hər il istinin rekordu qeydə alınır. İndiki iyun da istisna deyil və ildən ilə yayda havanın hərarəti daha da yüksəlir. Ölkədə çox isti dövrlər əvvəllər də olub, ancaq ovaxtkı və indiki orta temperatur kəskin fərqlənir - o vaxtdan temperatur bir neçə dərəcə qalxıb. Azərbaycanda +40 dərəcə artıq nadir hadisə deyil, halbuki keçmişdə bu temperatura ən çoxu 1-2 gün rast gəlinirdi. Hazırda isti dalğaların sayı daima artır və bu, bütün dünya üçün xarakterikdir. Tədqiqatlar göstərir: əgər möcüzə baş versə və bütün dünyada karbon qazının atmosferi çirkləndirməsi tamamilə dayandırılsa belə, təəssüf ki, parnik qazları havada uzun illər qalacaq, havanın temperaturunun yüksəlməsi davam edəcək, - Umayra Tağıyeva xoş olmayan proqnoz verir.

Müəllif: Ceyhun Nəcəfov
Virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsti hava şəraiti nə vaxta qədər davam edəcək? - RƏSMİ

    İsti hava şəraiti nə vaxta qədər davam edəcək? - ...

    26-06-2021, 13:37

  • 
  • 43 dərəcə isti olacaq

    43 dərəcə isti olacaq ...

    8-08-2017, 18:40

  • 
  • Azərbaycanda havanın temperaturu 43 dərəcəyə yüksələcək

    Azərbaycanda havanın temperaturu 43 dərəcəyə ...

    3-08-2021, 14:44

  • 
  • Azərbaycanda havanın temperaturu 43 dərəcəyə yüksələcək

    Azərbaycanda havanın temperaturu 43 dərəcəyə ...

    3-08-2021, 14:44

  • 
  • Sabah 40 dərəcəyədək isti olacaq

    Sabah 40 dərəcəyədək isti olacaq ...

    19-06-2021, 12:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu