Gələn ayın 1-indən etibarən peyvənd olunmayan şəxslərin müəyyən məkanlara girişlərinə icazə verilməyəcək. Artıq hazırlıqlar görülüb. Bu işə nəzarət üçün Daxili İşlər Nazirliyi tərəfindən də monitorinq qrupları yaradılacaq.
İri ticarət mərkəzlərində artıq hazırlaqlara başlanılıb. Girişlər internetlə təmin olunub. Android sistemi dəstəkləyən planşetlər alınıb ki, həmin planşetlərlə yoxlamalar aparılacaq. Qapılarda nümayəndələrin sayı artırılacaq. Ticarət mərkəzləri artıq elekton hökümət portalından qeydiyyatdan keçiblər, lakin proqram təminatı hələ aktivləşməyib. Aktivləşən kimi işlərə başlanılacaq. Vətəndaşlar bildirirlər ki, onlar bu qəraradan xəbərdardırlar və vaksin olunublar.
Həmçinin artıq ictimai iaşə obyekti olan kafe və restoranlarada bu məsələ ilə bağlı xəbardarlıq edilib. Bildirilib ki, pozuntu aşkarlanarsa, vətəndaş yox məhz obyekt sahibi cərimələnəcək.
Bu göstəriş həm açıq havada olan məkanlar, həm də qapalı şəraitdə olan məkanlar üçün edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?