Gundemxeber.az » Ölkə » Cəmiyyət » Xarici ölkədə koronavirusa yoluxan şəxslərin sənədləri ölkədə qəbul edilmir? - AÇIQLAMA
Son günlər sosial şəbəkədə vətəndaşlar arasında xarici ölkəyə səfər zamanı koronavirusa yoluxan və orada müalicə alıb sağaldıqdan sonra sənəd alaraq ölkəyə qayıdanlar tərəfindən paylaşımlar edilir.
Vətəndaşların iddiasına görə, xarici ölkədə COVİD-19 a yoluxduqlarına dair verilən sənədi Azərbaycanda aidiyyəti üzrə tələb edilən müəssisələrə təqdim etsələr də yerli orqanlar bu sənədi qəbul etmir.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, xarici ölkədə yoluxub sağalan və ya vaksin olunan vətəndaşlar sənədlərini toplayaraq Səhiyyə Nazirliyinin qəbul şöbəsinə müraciət etməlidirlər:
“Təqdim olunan sənədlərin həqiqiliyi yoxlanıldıqdan sonra məlumatlar qeydiyyat sisteminə daxil ediləcək. Qeyd edək ki, hazırda proses davam edir”.
Gundemxeber.az
7-04-2020, 12:09
24-04-2020, 22:26
13-04-2021, 12:46
29-05-2020, 11:18
2-04-2020, 15:05
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?