Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycanın ərazisinə keçən iki mülki şəxsin qaytarıldığını bildirib. Azərbaycan ərazisinə keçmiş mülki erməniləri qarşı tərəfə qaytarıb, Bu haqda Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib.
Qurum sentyabrın 19-da yaydığı məlumatda bildirib ki, Ermənistanın Kotayk vilayətinin Kasax kəndinin iki sakini Gorus-Vorotan yolundan çıxıblar və nəticədə Azərbaycanın nəzarəti altında olan əraziyə keçib.
"Ermənistan Milli Təhlükəsizlik Xidmətinin və Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan tərəfi saat 23:45-də sözügedən şəxsləri qaytarıb," Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib.
Azərbaycan bununla bağlı hələ ki, açıqlama verməyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?