"Gorusa gedən alternativ yolun mümkün qədər tez tikiləcəyinə ümid edirəm".
Bunu İran İslam Respublikasının Ermənistandakı səfiri Abbas Bədəxşan Zohouri deyib. "44 günlük Qarabağdakı müharibədən sonra Ermənistan, Azərbaycan və Rusiya üçtərəfli sülh razılaşması imzaladı və bunun ardınca demarkasiya ilə bağlı danışıqlar başladı. Sovet İttifaqının xəritələrinə görə, Ermənistanın Gorus-Qafan yolunun iki hissəsi Azərbaycana məxsusdur, lakin demarkasiya prosesi başlayana qədər maneəsiz hərəkət üçün razılıq əldə edilmişdir. Gorus-Qafan yolunun müəyyən hissələrində azərbaycanlı polislər və sərhədçilər İran yüklərini Ermənistana aparan sürücüləri saxlayır və son bir neçə gün ərzində iranlı sürücülərdən gömrük rüsumu olaraq müəyyən ödənişlər alırlar. Bəlkə də Azərbaycan giriş və çıxış üçün yol vergisi alır. İran tərəfi, səfirlik də daxil olmaqla, bu məsələnin ən qısa zamanda həll edilməsi üçün səylər göstərir, lakin İran, o vaxta qədər sürücülərinin yüklərin təhlükəsiz şəkildə daşınması üçün Zəngəzur əyalətində alternativ yolun mümkün qədər tez tikiləcəyini gözləyir", - deyə səfir bildirib.
Sorğu
Yeni dizaynımız necədir?