GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Gəncə işi”nin müstəntiqi məhkəmə zalında həbs olundu

“Gəncə işi”nin müstəntiqi məhkəmə zalında həbs olundu

Tarix: 21-09-2021, 08:34 Bölmə :Cəmiyyət Baxış: 246

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin (indiki İstintaq İdarəsi) müstəntiqi, Gəncə hadisələri ilə bağlı istintaq qrupunun üzvlərindən olan Orxan Hacıyev məhkəmə zalından həbs olunub. O, CM-in 178.2.3 maddəsi ilə təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilib. “Azadlıq” radiosu xəbər verir ki, müstəntiqin həbsi sentyabrın əvvəlində Nəsimi rayon Məhkəməsində baş verib.

36-yaşlı Hacıyev 9 il prokurorluq orqanlarında müstəntiq işləyib. Sonuncu vəzifəsi İstintaq İdarəsinin kriminalistika şöbəsinin prokuroru olub.

Cinayət işinin materiallarında iddia edilir ki, Hacıyev Xaçmazda yaşadığı evdə qətlə yetirilmiş İlqar Məmmədovun ölümüylə bağlı cinayətin üstünün açılması, şübhəli şəxsin İnterpol xəttiylə axtarışa verilməsindən ötrü mərhumun oğlu və xanımından 5000 manat pul alıb.

Hacıyev qətllə bağlı araşdırma aparan istintaq qrupunun rəhbəri olub. O, istintaq qrupunun üzvləri ilə birlikdə Xaçmaza ezam olunub. Mərhumun oğlu Vüqar Məmmədov iddia edir ki, rayon prokurorluğunda istintaq qrupunun üzvü İlqar Babayev ondan pul istəyib. Deyib ki, istintaqçıların rayonda qalması, kirayə və s. məsələlərə xərcləri çıxır, onu ödəmək lazımdır. Məmmədovun sözlərinə görə, o gətirib prokurorluğun binasında istintaq qrupunun rəhbərinə 2000 manat pul, bir blok da siqaret verib.

Həmin ərəfədə təqsirləndirilən şəxslərdən Qalib Kərimov həbs edilib. Bir müddət sonra hadisədə şübhəli bilinən Vüsal Rüstəmovun ölkədə olmadığı müəyyənləşib. Zərərçəkmişin sözlərinə görə, onun İnterpol xəttiylə axtarışa verilməsi üçün Hacıyevin özü ondan pul istəyib. Bu dəfə də anası Arzu Orucova aparıb 3000 manatı istintaq qrupunun rəhbərinə verib.

İstintaqın gedişindən, özəlliklə atası öldürüləndə evdən götürülən pulun 1.5 milyon yox, 80 min göstərilməsindən narazı qalan zərərçəkmiş müstəntiq Hacıyevdən şikayət etməyə başlayıb. O, Baş Prokurorluğun İstintaq İdarəsinin kriminalistika şöbəsinin rəhbəri Pərviz İbayevin (hazırda Nizami rayonunun prokurorudur-red.) qəbulunda olub, Hacıyevin ondan 5000 manat aldığını deyib pulu geri istəyib: "Pərviz İbayev dedi ki, şikayət etməyə əsas yoxdur, pul qaytarılacaq. Bir neçə gün sonra Orxan Hacıyev "İnşaatçılar" metrosunun yaxınlığında 3000 manatı qaytardı. O, görüşdə qalan 2000 manatı bağışlamağımı istədi. Sonra bir daha Pərviz İbayevin qəbulunda oldum. O, Orxan Hacıyevə zəng elədi. Qalan 2000 manatı da dərhal qaytardı".

Hacıyev isə qarşı tərəfin ona böhtan atdığını söyləyib. Onun sözlərinə görə, Xaçmazda olanda kredit ödənişinin vaxtı olub. Ödənişin gecikməməsi üçün mərhumun oğlundan cəmi 300 manat borc alıb. Sonradan 200 və 100 manat olmaqla, iki dəfəyə borcu qaytarıb: "Xaçmazda olanda "Bolkart" kreditinin vaxtı çatmışdı, maaş kartım ezamiyyətə gedəndə evdə qalmışdı. Vüqar kabinetimdə olanda SMS gəldi ki, 315 manat borc yaranıb, mən də qeyri-iradi deyindim. Soruşdu ki, nə məsələdir, əvvəl demədim, sonra dedim. Vüqar dedi ki, işin üstünün açılması üçün nə qədər əziyyət çəkmisən, rayona qonaq gəlmisən, o pulu tapacaq".

Keçmiş müstəntiqin sözlərinə görə, razılaşmasa da, ertəsi gün Məmmədov bir blok siqaret və 300 manat pulla gəlib. O, siqaretin pulunu verib, 300 manatı isə borc şərti ilə götürüb.

Hacıyev vurğulayıb ki, qarşı tərəf cinayət vaxtı evlərindən 1.5 milyon manat oğurlanmasıyla bağlı təqsirləndirilən şəxslərə ittiham verilməsini istəyirdi. O isə işin hallarına uyğun məbləği yazmışdı. Buna görə aralarında narazılıq yaranıb: "İkinci təqsirləndirilən şəxsi Qazaxıstandan ekstradisiya etdirmişdim. Ona da ilkin istintaqda 80 min dollarla ittiham elan olunmuşdu. Bunu biləndə Vüqar məndən şikayətlər etməyə başladı. Vüsalın Rusiyada yaşayan atası Arifi də məsuliyyətə cəlb etməyimi istəyirdi, deyirdi ki, Arif pulu ödəyəcək, bölərik. Mən razılaşmadım".

Məmmədov prokurorluğa diskdə Hacıyevlə aralarındakı söhbətin gizli səs yazısını da təqdim edib. Keçmiş müstəntiq deyir ki, həmin yazı birinci dəfə "İnşaatçılar" metrostansiyasının yaxınlığında 200 manatı ona qaytaranda yazılıb.

Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyev sabiq müstəntiqin dediklərini özünümüdafiə cəhdi kimi qiymətləndirib. İstintaq və məhkəmə dövründə azadlıqda olan Hacıyev hökm elan ediləndə məhkəmə zalında həbs olunub.

Keçmiş müstəntiq hökmdən apellyasiya şikayəti verib.

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə görə həbs olunan şəxslərin ailə üzvləri dövlət orqanlarına şikayətlərində Orxan Hacıyevin də adını çəkirlər. Onlar Hacıyevin istintaqı qərəzli apardığını bildirirlər.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Həbs edilən sabiq prokuror hakim qarşısında- 5 min rüşvət alıb

    Həbs edilən sabiq prokuror hakim qarşısında- 5 ...

    18-06-2020, 12:47

  • 
  • Prokurorluq işçisi həbs edilib

    Prokurorluq işçisi həbs edilib ...

    7-10-2013, 14:47

  • 
  • Bakı Şəhər Prokurorluğunun böyük müstəntiqi həbs olundu

    Bakı Şəhər Prokurorluğunun böyük müstəntiqi həbs ...

    10-08-2017, 11:18

  • 
  • Həbs olunan prokuror barədə ilginc məlumat

    Həbs olunan prokuror barədə ilginc məlumat ...

    7-10-2013, 21:32

  • 
  • Bakı şəhər prokurorluğunun İstintaq idarəsi ləğv edilib

    Bakı şəhər prokurorluğunun İstintaq idarəsi ləğv ...

    12-06-2020, 16:15


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu