Gundemxeber.az » Ölkə » Cəmiyyət » Soydaşlarımızı sahibsiz qoymayaq
Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra orada yaşayan soydaşlarımızın həyatı təhlükə altındadır.
Məlum olduğu kimi zamanında Nadir şahın təşəbbüsü ilə Qarabağ, Urmiya və Həmədan bölgələrindən qızılbaş türkmən tayfaları Əfqanıstanın Kabil, Herat, eləcə də Qəndəhar vilayətlərinə yerləşdiriliblər.
Araşdırma materiallarında, rəsmi sənədlərdə onlar “qızılbaş”, “Azərbaycan türkləri” kimi təqdim olunurlar.
Aldığımız məlumata görə Əfqanıstanda yaşayan Azərbaycan Türklərinin mədəniyyət fəalları, 50-yə qədər şair və yazıçısı Taliban təhlükəsi ilə üz-üzədir.
Bu günlərdə Əfqanıstanda yaşayan
Azərbaycan Türklərindən Əhməd Fazil Avşar da sosial şəbəkələr vasitəsi ilə video paylaşaraq Azərbaycan dövlətindən Əfqanıstanda Taliban təhlükəsi ilə üz-üzə qalan soydaşlarımıza kömək etməsini xahiş etmişdir.
Fikrimizcə, Azərbaycan dövləti soydaşlarımıza sahib çıxmalıdır.
Eldəniz Abbaslı,
Bütöv Azərbaycan Ocaqları İnformasiya Xidmətinin rəhbəri.
14-05-2017, 23:34
11-09-2017, 11:30
3-04-2017, 00:42
22-04-2017, 10:44
2-06-2020, 11:36
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?