Son sutkada Azərbaycanda koronavirusa (COVID-19) 1594 yeni yoluxma faktı qeydə alınıb,2543 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 475 053 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 439 080 nəfər müalicə olunaraq sağalıb, 6 353 nəfər vəfat edib, aktiv xəstə sayı 29 620 nəfərdir.
Ölkədə son sutka ərzində 13 583, hazırkı dövrədək isə 4 764 847 test aparılıb.
Gundemxeber.Az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?