Sosial şəbəkələrdə Bakı şəhəri 217 saylı məktəbin direktoru Bənövşə Cəfərovanın qalmaqallı çıxışı yayılıb. O, şagird və valideynlərin qarşısında çıxış edərək 27 sentyabr “Anım gününə” “Zəfər günü”, 44 günlük Vətən müharibəsinə isə 24 günlük müharibəsi deyib.
Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, artıq məsələ ilə bağlı araşdırmaya başlanılıb: "Araşdırmanın nəticəsindən asılı olaraq uyğun tədbirlərin görülməsi nəzərdə tutulur" - idarədən bildirilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?