Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda yoluxma kəskin azaldı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, 1241 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 481401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 452968 nəfər müalicə olunaraq sağalıb, 6476 nəfər vəfat edib, aktiv xəstə sayı 21957 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6684, ötən müddət ərzində isə ümumilikdə 4830338 test aparılıb.
Ötən sutkada koronavirus əleyhinə 630 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 605 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 8350575, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4713775, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3636800 təşkil edir.
GUNDEMXEBER.AZ
16-08-2021, 16:52
8-04-2021, 22:22
5-05-2021, 19:03
22-05-2021, 18:09
29-06-2021, 21:31
Sorğu
Yeni dizaynımız necədir?