GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hacı Qalibin həbsi tələb olundu – 3 milyon manat təzminat istənildi

Hacı Qalibin həbsi tələb olundu – 3 milyon manat təzminat istənildi

Tarix: 28-09-2021, 14:36 Bölmə :Cəmiyyət Baxış: 334


Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu eks deputat Hacı Qalib Salahzadəni xüsusi ittiham qaydasında məhkəməyə verib. Ağasif Şakiroğlu iddia edir ki, Hacı Qalib Salahzadə mətbuata verdiyi açıqlamalarda barəsində təhqiramiz ifadələrə yol verib.

Gundemxeber.Az bildirir ki, Ağasif Şakiroğlu “Yeni Müsavat”a bildirib ki, Hacı Qalib Salahzadə ilə Nizami Rayon Məhkəməsində görüşəcəklər:

“Vəkillərimizlə məsləhətləşmələr apardıq, sənədləri topladıq və Nizami Rayon Məhkəməsinə təqdim etdik. Hər kəs qanun qarşısında məsuliyyətini dərk etməlidir. Əgər barəmizdə həmin fikirləri sıradan bir şəxs desəydi, bəlkə də üzərindən sükutla keçərdik. Bu sözləri eks deputat, hazırda deputat kreslosunda əyləşən birinin atası deyirsə, əsla keçmək fikrimiz yoxdur. Məhkəmədə görüşüb sözlərinə görə cəzalandırılmasına nail olacağıq. Qoy bir daha kimsəni təhqir etməsinlər. Kimsənin barəsində təhqiramiz ifadələri dilə gətirməyin cəzaya səbəb olduğunu bilsinlər. Prezident də deyir ki, kimsə xidmətlərinə görə qanundan üstün ola bilməz. Xidmət etmisən, xidmətlərinə görə sağ ol, amma qanunsuzluq etmisənsə, buyur cavab ver. Şərəf və ləyaqəti təhqir olunan tərəf kimi məhkəmədən ədalətli qərar gözləyirik”.

GAP sədri deyib ki, xüsusi ittiham qaydasında verdikləri şikayətdə Hacı Qalib Salahzadənin həbs edilməsini, mənəvi zərərə görə 3 milyon manat təzminat təyin edilməsini istəyiblər. Həmin vəsaitin hörmətli Prezidentin və 1-ci vitse-prezidentin təşəbbüsü ilə yaradılan ”Yaşat” fonduna keçirilməsini də məhkəməyə təqdim etdikləri şikayətə qeyd ediblər.

Hacı Qalib Salahzadə isə “Yeni Müsavat”a deyib ki, məhkəməyə verilməsindən xəbərsizdir və ümumiyyətlə, məhkəməyə getmək fikrində deyil:

“Ağasif Şakiroğlu kimdir ki, məni məhkəməyə versin? Hara istəyir gedib versin! Mən onu müdafiə edənləri axtarıram. ”Dux”ları var, kişilikləri var, çıxıb desinlər ki, bunu mən eləyirəm. Yoxsa ki, bu kimdir ki… O kimdir ki, Rəsul Quliyev ona torpaq bağışlasın? Nə odur, nə də Rəsul Quliyev deyil. Mənə 25 milyon dollar təklif ediblər həmin torpağa görə. Mən ora Gəncədən ağaclar gətirib əkmişəm. 40 illik ağaclardır. Mənə o vaxt cənab general deyəndə ki, bu torpağı hədiyyə vermək lazımdır, dedim, baş üstə. Mənim deyildisə, mənə niyə təklif edirdi? Gedib elə Ağasifə deyərdi də”.

“Bu adamlar hamısı ”podstavnoy” adamlardır”

Hacı Qalib Salahzadə iddia edir ki, onun əleyhinə danışanlar həmin torpaqları 25 milyona almaq istəyənlərdir: “Mənim üstümə Moskvadan ”Rapira” Ziya, Qod Nisanovun adamları gəlib o torpağı istəyiblər. Məni hüquq-mühafizə orqanları çağırsa, deyəcəyəm ki, Qod Nisanovun atası Simon kişi gəlmişdi yanıma. “Rapira” Ziya 2 dəfə gəlib, o, Moskvada biznesmendir. O da Qod Nisanov kimi adamdır. Mən hələ özümüzünküləri, burada olanları saymıram. Mən də bu adamlara demişəm ki, bu respublikanın “xozeyin”i var, gedin, icazə alın. Bu bağ Prezidentin bağının yaxınlığıdır. Mən o pulu alım qoyum cibimə, deyim ki, pul qazanmışam ay can, ay can. Bu adamlar hamısı “podstavnoy” adamlardır”.

“O, məni təhqir edib, ”ofisalnı” mənim üçün sərsəm yazıb”

Hacı Qalib Salahzadə deyir ki, məhkəməyə gəlməyəcək: “Mən nə məhkəməyə gedənəm, uşaq deyiləm ki, gedib uşaqlarla məhkəmədə üz-üzə gəlim. O, məni təhqir edib, ”ofisalnı” mənim üçün sərsəm yazıb. Sərsəm deyib mətbuatda mənim üçün. Mən onun kimi uşaq deyiləm ki, gedim məhkəməyə verim. Gedib nə istəyirsən, elə. Elə sözlər deyərəm barəndə ki, ömür boyu alnında “peçat” qalar. Get taylarınla oyna. Bunun partiyası var, nə istəyir gedib yazsın. Bu istəyir ki, gedib hər yerdə desin ki, Ağasif Şakiroğlu Hacı Qalib Salahzadəni məhkəməyə verdi. O bağ ki, Bilgəhdədir, kimliyindən asılı olmayaraq mənimlə pisliklə danışa bilməz. Çox hörmətli yazıçının oğlu yanıma gəlmişdi ki, Nardaranda bağımız var, o bağı yandırıblar. Soruşdum ki, atan neyləyib ki, bu Nardaran camaatına bağı yandırıblar? Danışığından başa düşdüm ki, atası nəsə edib bu camaata, bağı yandırılıb. Bakı camaatının heç nəyə gücü çatmasa, intiqam almağa gücü çatır”.

“Bir video yayılıb, orada da deyir ki, çıxarışımın üstünə Hacı Qalib çıxarış alıb”

Hacı Qalib Salahzadə Azərbaycan vətəndaşı Seymur Quliyevin də mətbuatda gedən fikirləri ilə tanış olduğunu deyib: “Bu adam deyir ki, əlimdə çıxarış var. Bunun əlindəki çıxarış 2017-ci ildə verilib. Mən o torpağı 2013-cü ildə dövlətdən almışam. Bu hamını bir qıraqdan aldadır. Bir video yayılıb, orada da deyir ki, çıxarışımın üstünə Hacı Qalib çıxarış alıb. O, mənim çıxarışımın üstünə çıxarış alıb. 2013-cü ildə mənə çıxarış verilib. O da 2017-ci ildə çıxarış alıb”.

“Utanmır, danışır hələ”

Seymur Quliyevin “Yeni Müsavat” redaksiyasına Bilgəh qəsəbəsində Aslan Salahzadə küçəsi döngə 21, ev 2 ünvanını əldə etməsinə dair qanuni alqı-satqı müqaviləsini, torpağa aid çıxarış təqdim etdiyini xatırlatdıq. Hacı Qalib Salahzadə fikirlərini belə davam etdirdi: “2004-cü ildə torpaqlar özəl deyildi, çıxarış verilmirdi. 2004-cü ildə onun olsa-olsa 25 kvadrat metr tikintisi varsa, olubsa, o çıxarış kimi gedə bilərdi. O tikinti də başqa yerdə olub, Abşeron rayonunun ərazisində. Həmin bu torpaq isə Bakının ərazisidir. Bunun əlindəki, 2004-cü ildə olan sahə başqa yerdədir. Bizi ”MVD”yə çağırdılar, dəfələrlə mənə sual verdilər ki, mən yox, Bilgəhdən 20 hacını onun sözü ilə ora çağırmışdılar. 2004-də o torpağı Rəhim Quliyevdən alıb. O torpağın sahibi Rəhim Quliyev olmayıb…

O, Bilgəh bələdiyyəsini, mənim qardaşımı, utanmayıb qardaşım arvadını verib məhkəməyə. Utanmır, danışır hələ. Eyni ssenari ilə Ağasif Şakiroğlu oynayır. Seymur Quliyevin işində bu oyunları oynayan Rəhim Quliyevlə oğlu Rauf Quliyevdir. Rəhim mənim yanıma gələndə dedim ki, mən ora öz əlimlə 270 min dollar pul köçürmüşəm. Əvvəlcə 20 min dedi verirəm. Sonra ikinci dəfə gəldi, gördüm yaxşı danışmır, dedi 50 min verirəm. Mən də ona dedim ki, sən kimsən ki, səninlə alver edim. Seymur Quliyev deyir ki, mənim şahidlərim var. Amma 1 adam da tapa bilmədilər ki, gəlsin desin ki, sən Hacı Qalib filan işi belə eləmisən. Seymur Quliyev deyir ki, orada mənim evlərim olub. Bu adamlar bir “lampoçka” alıb başqasının qapısına bağlamayıblar”.

“1 usta götürüb göstərsinlər ki, bu evin daşlarını mən almışam…”

Ümumiyyətlə, Ağasif Şakiroğlunun, Seymur Quliyevin Bilgəh qəsəbəsində evləri, torpaqları varmı sualına Hacı Qalib Salahzadə belə cavab verib: “1 usta götürüb göstərsinlər ki, bu evin daşlarını mən almışam, bu usta da tikib, bu fəhlə də daş verib. Mən isə tikdiyim evlərin fəhləsindən tutmuş kimlərə ki, evlərin işıqlarını çəkdirmişəm, hamısını götürüb göstərə bilərəm”.

“Onu da edən Rauf Pənahov idi”

Seymur Quliyev çıxarış göstərir və həmin çıxarışın aid olduğu torpaq sahəsinin zəbt edilərək “Şəbəkə” restoranının avtodayanacağına çevrildiyini deyir. Bildirir ki, torpağı Hacı Qalib zəbt edib oradakı evləri dağıdıb, ağacları məhv edib, ərazini avtodayanacaq kimi istifadə edir.

Hacı Qalib buna dair dedi: “O yerə 2012-2013-cü ilin iyununa qədər mənim özümü də buraxmayıblar. Mənim orada evim var. O yer ”Baksovet”indir. Mənə də deyilib ki, çıxın bayıra. Oradakı qapıdan məni buraxmayıblar. “Baksovet”dən adam qoymuşdular. Ora kimsəni buraxmırdılar. Onu da edən Rauf Pənahov idi. Mən 2013-cü ilin dekabrına qədər məhkəmə getdin. Mən 2013-cü ildə buranı alandan sonra bu durub dedi ki, bunların hamısını Hacı Qalib eləyib. Ali Məhkəmənin qərarı var, Aslan Kəlbəliyevin adına, həmin o ünvana. O ünvana Seymurun nə aidiyyəti var. Çünki torpaq Abşeron rayonunun deyil, “Baksovet”indir”.

Xatırladırıq ki, 2018-ci ildə Bakı Şəhər Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sabunçu İcra Hakimiyyətinə məktub yazıb, Aslan Salahzadə küçəsi döngə 21, ev 2 ünvanına və dəniz çimərliyinə gedən yolun açılması üçün müraciət etmişdi. Hacı Qalib Salahzadə isə qarışıq fikirlərlə deyir ki, söhbət həmin yolun açılmasından getməyib: “O yol düşdü körpü tikilirdi, ora. İndi o yol yoxdur, o yolu bu bəhanə eləyir. Torpaq ”Baksovet”indir. Birincisi əvvəlcə sübut eləsinlər ki, torpaq Abşeron rayonunun torpağıdır. Torpaq “Baksovet”indir axı. Mən 5 il parlamentdə, Regional Komitədə bu işlə məşğul olmuşam. Başlanğıc sənəddə göstərilir ki, bu torpaq hansı kateqoriyadır və hansı rayona aiddir. Necə ola bilər ki, burada oturub Salyana qərar çıxarıram. Həmin qərar Salyanda işləyir bəyəm? İndi bu Salyanın qərarını götürüb Bilgəhə tətbiq eləyir. Belə deyil”.

Bakı meri Eldar Əzizov qeyd olunan məktubunda Sabunçu icra başçısı Adil Vəliyevə yazır ki, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsində yolu açın, oradakı şlaqbaumu götürün. Yəni başqa ərazidən söhbət getmir. Hacı Qalib deyir ki, Eldar Əzizovun məktubundan xəbərsizdir: “Çünki mən ”Baksovet”də işləmirəm. Torpaq “Baksovet”in olub. O da torpağı verib Əmlak Komitəsinə. Əmlak Komitəsi də satıb “İnşaat sevis”ə. Mən də “İnşaat servis”ə pul ödəyib almışam. İndi də sözünüzdən belə çıxır ki, mən torpağı buna verim? Bu çıxır danışır ki, 2017-ci ildə çıxarış alıb. 2004-də verilən torpağın heç biri özəl deyil. Hamısı dövlət torpağıdır. Deyir ki, Dubaya getdim gəldim, guya 1 günün içində evini söküb yerə qoymuşam. 3-5 milyonluq, 1 milyonluq evi 1 günün içində necə sökmək olar? O ev olub mənim qardaşımın. Bunlar avtomat silahla 3 nəfər gəlmişdilər qapıya. Mən də əlimdə daş atıram bunlara. Bunlarda maşında avtomat vardı. Mən də deputat idim. Mən sonra bunları maşınla qabağıma qatdım. O mənim qapıma gəlib. Mən də atasının xətrinə evini yıxmadım. Aslan Kəlbəliyev onun dediyi ünvana qərar çıxarıb. Məndə var. Onlar Yasamal Məhkəməsinə gedib oyun çıxarıblar. Sabunçu məhkəməsi bir qərar çıxarıb, Yasamal Məhkəməsi də bir başqa qərar çıxarıb bu ünvana”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Deputat Hacı Qalibin həbsini TƏLƏB EDİR

    ​Deputat Hacı Qalibin həbsini TƏLƏB EDİR ...

    21-09-2017, 11:22

  • 
  • Hacı Qalib məhkəməyə gəlmədi

    Hacı Qalib məhkəməyə gəlmədi ...

    6-10-2017, 12:49

  • 
  • ​Zərərçəkmiş Hacı Qalibin oğlundan ŞİKAYƏTÇİ DEYİL

    ​Zərərçəkmiş Hacı Qalibin oğlundan ŞİKAYƏTÇİ DEYİL ...

    8-11-2017, 13:40

  • 
  • Hacı Qalibin həbs edilən oğlundan yeni xəbər

    Hacı Qalibin həbs edilən oğlundan yeni xəbər ...

    28-10-2017, 10:37

  • 
  • Hacı Qalib Salahzadənin oğlunun məhkəməsi başlayıb

    Hacı Qalib Salahzadənin oğlunun məhkəməsi başlayıb ...

    6-11-2017, 11:57


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu