GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » XİN-də 2.5 milyon manatlıq yeyinti: hər dəfə pul çıxaranda 5 manat alan danışdı

XİN-də 2.5 milyon manatlıq yeyinti: hər dəfə pul çıxaranda 5 manat alan danışdı

Tarix: 30-09-2021, 11:46 Bölmə :Cəmiyyət Baxış: 329


Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər İdarəsinin sabiq müdiri Fərhad Mollazadə, nazirliyin İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.


Prosesdə şahid qismində Çingiz Abışov dindirilib. İfadəsində "Əmrahbank"da çalışan Rövşən Məmmədovu tanıdığını, onun təklifi ilə adına şirkətlər açıldığını deyib: “Buna görə ayda 300 manat pul alırdım. Belə ki, hər pul əməliyyatı zamanı banka gedir, sənədlərə qol çəkirdim və Asif adlı şəxsə verirdim. İki ilə yaxın əməkdaşlıq etmişəm. Asifin harada işlədiyini bilmirdim”.

Şahidin məhkəməyə verdiyi ifadəsi ilə istintaqdakı ifadəsi arasında ziddiyətlər olduğundan onun istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunub. Şahid istintaqa verdiyi ifadəsində Asif adlı şəxsin Xarici İşlər Nazirliyinin əməkdaşı olduğunu, bank əməliyyatı zamanı pulları çıxarıb ona verdiyini deyib: “Pulları Asifə vermişəm. O da deyirdi ki, pullar Səlim Əlizadəyə çatırdı. Hər pul əməliyyatından mənə 2 faiz qalırdı".

Şahid istintaqa verdiyi ifadəsini təsdiqləsə də təqsirləndirilən S.Əlizadəni tanımadığını bildirib.

Şahid qismində dindirilən Tural Niftəliyev ifadəsində Çingiz Abışovun tanışı olduğunu, sonuncunun onu R.Məmmədovla tanış etdiyini, ümumilikdə adına 19 min manat pul gəldiyini deyib: “Bəzi vaxtlar pul çıxartmaq üçün banka gəlmişəm və pulu çıxarıb Rövşən müəllimə vermişəm. Əvəzində mənə 5 manat pul verib”.

Digər şahid Günel İsayevə ifadəsində deyib ki, bankda işləyən R. Məmmədov onu Səlim Əlizadə ilə tanış edib: "Mühasibəm, bankda əməliyyatlar edirdim. Rövşən müəllimlə münasibətimiz yaranmışdı. Mənə Səlim Əlizadə ilə işləməyi təklif etdi. Səlim Əlizadə adıma şirkət yaratmağımı dedi. Həmin vaxt da əlimdə hazır şirkət var idi. Şirkətə mallar gəlirdi. Mən də bir neçə dəfə bankın qarşısında malları görmüşəm. Ümumilikdə şirkətin adına 135 min manat pul gəlib. O pulları çıxarıb Səlim Əlizadəyə vermişəm. Qarşılığında hər pul çıxaranda 150-200 manat mənə pul verilib. Vergilər də onlar tərəfdən ödənilib".

Şahid Svetlana Gülməmmədova da mühasib olduğunu və Səlim Əlizadənin təklifi ilə adına şirkət açıldığını qeyd edib: “Səlim Əlizadəni tanıyırdım. O bildirdi ki, adıma şirkət açılsın və Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edim, razılaşdım. Dəftərxana malları alınırdı. Bir neçə dəfə bankdan pul çıxarıb Sədərək ticarət mərkəzindən mallar almışıq. Ümumilikdə adıma 75 min manat pul gəlib. Həmin puldan 1 faizi mənə verilib. Vergilər də ödənilib".

Şahid Məhyəddin Hüseynov məhkəməyə verdiyi ifadəsində usta işlədiyini deyib: “Bilal Qasımovun evində işləyirdim. Təklif etdi ki, adıma şirkət yaradılsın, tikinti materialları ilə bağlı işlər görülsün, razılaşdım. Amma sonra işin alınmadığını dedi”.

İttihamda məlum olub ki, həmin şəxsin adına yaradılan şirkətə etibarnamə alınaraq pullar köçürülüb. Şahid bunlardan xəbərsiz olduğunu bildirib.

Məhkəmə prosesi oktyabrın 5-də davam edəcək.

İttihama görə, F.Mollazadə S.Əlizadə və digərləri ilə əlbir olaraq müxtəlif firmalar vasitəsilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədilə ümumilikdə 2 milyon 543 min 173 manat vəsaiti mənimsəyiblər. Mənimsənilən vəsaitlər tenderlərdə süni şəkildə qalib elan edilməsi yolu ilə həyata keçirilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanıblar. Onlar barəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə maddələri ilə ittiham verilib. Barələrində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Bir müddət sonra isə məhkəmə onları ev dustaqlığına buraxıb./virtualaz.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • XİN-in iki vəzifəli şəxsi ev dustaqlığına buraxıldı

    XİN-in iki vəzifəli şəxsi ev dustaqlığına ...

    26-12-2020, 18:48

  • 
  • Məhkəmə XİN-in daha bir vəzifəli şəxsi ilə bağlı qərar verdi

    Məhkəmə XİN-in daha bir vəzifəli şəxsi ilə bağlı ...

    13-07-2020, 17:53

  • 
  • Məhkəmə DTX-nın həbs etdiyi XİN rəsmiləri ilə bağlı qərar verdi

    Məhkəmə DTX-nın həbs etdiyi XİN rəsmiləri ilə ...

    9-07-2020, 13:28

  • 
  • Xarici İşlər Nazirliyinidə DAHA BİR HƏBS - Konsulluq İdarəsinin rəisi saxlanıldı

    Xarici İşlər Nazirliyinidə DAHA BİR HƏBS - ...

    10-07-2020, 13:55

  • 
  • Həbs edilən XİN vəzifəliləri məhkəməyə müraciət etdi

    Həbs edilən XİN vəzifəliləri məhkəməyə müraciət ...

    8-07-2020, 12:00


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu