ATV-nin “Bizimləsən” proqramına qonaq olan Şəhid Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova hər kəsi göz yaşına boğub.
Əzizə, Farizin bərbərə getmədiyini, hətda saçını özü kəsdiyini bildirib: “Həyat yoldaşım uşaqlar dünyaya gəldikdən sonra bərbərə getmədi, saçını özü kəsirdi. Dedi ki, ona verdiyim pulu uşaqlar üçün nəsə alarsan. Özü ac qalardı, amma uşaqlara heç vaxt korluq çəkdirməzdi. O Şəhid olduqdan sonra, saçını kəsdiyi maşınkanın üzərində saçının telləri qalmışdı. Qıymadım onu atmağa. Götürdüm, adımızın baş hərflərini yazdırdım”. Həmin görüntüləri təqdim edirik:
Sorğu
Yeni dizaynımız necədir?