GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » BU GÜN DOĞUM GÜNÜ OLAN ŞƏHİDLƏRİMİZ - FOTOLAR

BU GÜN DOĞUM GÜNÜ OLAN ŞƏHİDLƏRİMİZ - FOTOLAR

Tarix: 30-09-2021, 16:22 Bölmə :Cəmiyyət Baxış: 966


Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda 27 sentyabrda başlanan Vətən müharibəsində iştirak edən qəhrəman şəhidlərimizdən beş nəfərin doğum günüdür.

Vətən müharibəsi şəhidlərimizin əziz xatirəsini ehtiram və hörmətlə yad edirik:

Əsgər Cəfərzadə İsrayıl Namiq oğlu 2000-ci ildə Bakı şəhəri Sabunçu rayonunda anadan olub. Əslən Ağsu rayonundan olan İ.Cəfərzadə 2007-ci ildə Akif Qambayzadə adına Sabunçu rayon 148 nömrəli məktəbdə 1-ci sinifə daxil olub. O, sərbəst güləş idman növü ilə də məşğul olub. Rayonlararası keçirilən yarışlarda 1-ci, 2-ci və 3-cü yerləri tutaraq, müxtəlif diplomlar və medallarla təltif olunub. Təhsilini bitirdikdən sonra 2019-cu ildə hərbi xidmətə yollanıb.

Hərbi xidmət zamanı da fəallığına görə müxtəlif məzmunlu fəxri fərmanlar və təşəkkürnamələrlə təltif olunan İsrayıl 2020-ci ilin 28 may tarixində çavuş rütbəsi alıb.

Vətən müharibəsində iştirak edən İ.Cəfərzadə Füzulinin və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 16 oktyabr Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, İsrayıl Cəfərzadə ölümündən sonra “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.

Əsgər Eylasov Cəfər Yavər oğlu 2000-ci ildə Mingəçevir şəhərində anadan olub. 2006-2015-ci illərdə Mingəçevir şəhərində 14 nömrəli tam orta məktəbdə təhsil alıb. C.Eylasov 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəfər Eylasov oktyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Mingəçevir şəhərində torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Cəfər Eylasov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

MAHHXHQ əsgər Hüseynov Nəcəf İlqar oğlu 1992-ci ildə Gədəbəy rayonunun Arıqıran kəndində anadan olub. Nəcəf Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Nəcəf Hüseynov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Gədəbəy rayonunda torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Nəcəf Hüseynov ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Əsgər Mikayılzadə Rəşad İlham oğlu 1995-ci ildə Lerik rayonunun Camaşəir kəndində anadan olub. Orta təhsilini Bakı şəhəri 240 nömrəli tam orta məktəbdə aldıqdan sonra Rəşad Sumqayıt Dövlət Universitetində ali təhsil alıb. Ali təhsilini bitirdikdən sonra Qazaxda həqiqi hərbi xidmət edib.

2020-ci ildə Rəşad Mikayılzadə yenidən səfərbər olunub, həmin ilin sentyabrının 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü əsgər kimi iştirak edib. Füzulinin və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. Könüllü əsgər Rəşad Mikayılzadə 9 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə komandirini xilas edərkən snayperlə açılan atəş nəticəsində şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Rəşad Mikayılzadə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Leytenant Quliyev Həsən İbrahim oğlu 1996-cı ildə Şərur rayonunun Qarahəsənli kəndində anadan olub. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həsən Quliyev oktyabrın 12-də Suqovuşan döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Həsən Quliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür

    Bu gün Vətən müharibəsi şəhidinin doğum günüdür ...

    24-04-2021, 13:03

  • 
  • Vətən müharibəsində iştirak edən 82 670 hərbçi təltif olunub

    Vətən müharibəsində iştirak edən 82 670 hərbçi ...

    30-12-2020, 13:45

  • 
  • Azərbaycanın 3 601 hərbçisi “Vətən uğrunda” medalı ilə təltif edilib

    Azərbaycanın 3 601 hərbçisi “Vətən uğrunda” ...

    15-12-2020, 21:14

  • 
  • Vətən uğrunda daha bir şəhidimiz Laçın rayonundan

    Vətən uğrunda daha bir şəhidimiz Laçın rayonundan ...

    6-04-2016, 21:10

  • 
  • Vətən müharibəsində Raket və Artilleriya Qoşunlarının 184 hərbçisi şəhid olub

    Vətən müharibəsində Raket və Artilleriya ...

    9-02-2021, 11:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu