GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda tıxacı nə yaradır? - ““Manatlıq” taksiləri yığışdırsalar, minlərlə adam küçələrdə qalar”

Bakıda tıxacı nə yaradır? - ““Manatlıq” taksiləri yığışdırsalar, minlərlə adam küçələrdə qalar”

Tarix: 4-10-2021, 14:14 Bölmə :Cəmiyyət Baxış: 232


Son vaxtlar koronavirus (COVID-19) pandemiyası, o cümlədən ictimai nəqliyyatın fəaliyyətinə tətbiq edilən bəzi məhdudiyyətlər nəticəsində Bakı şəhərində avtomobilləşmə səviyyəsi və şəxsi minik avtomobillərindən istifadənin artması müşahidə edilir.

Bu da onsuz da dolu olan Bakı küçələrində pik saatlarda tıxacların yaranmasına gətirib çıxarır. Eyni zamanda, əksər iş və xidmət sahələrində fəaliyyətin bərpa edilməsi və təhsilin bütün pillələri üzrə əyani tədrisə keçid gündəlik səyahət saylarını əhəmiyyətli dərəcədə artırıb. Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, sıxlıq halları paytaxtda müşahidə edilən yağıntılı hava şəraitilə də əlaqədardır. Müxtəlif ərazilərdə yaranan lokal subasma halları süni sıxlıq və tıxac halları ilə nəticələnib. Sentyabrın 29-u səhər saatlarında Heydər Əliyev prospekti şəhər istiqamətində kənar yolun Bağırov körpüsündən keçən hissəsinə yaxın yerdə subasma halına görə hərəkət tam dayanıb. Nəticə etibarı ilə metronun “Koroğlu” stansiyasından şəhər istiqamətində 2-3 km məsafədə tıxac yaranıb.

Agentlik digər bir amil kimi qanunsuz parklanmaları göstərir ki, buna qarşı ciddi mübarizə tədbirləri aparır. Xüsusən də, avtobus dayanacaqlarının digər nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi sıxlıqların yaranmasına səbəb olur. Səbəblər sırasında qeyri-formal sərnişindaşımalar da qeyd olunur:

“Bu cür fəaliyyətlə məşğul olan sürücülər avtomobillərini əsasən avtobus dayanacaq məntəqələrində, ikinci hərəkət zolağında, kəsişmələrdə və digər qadağan olunan yerlərdə park edərək ümumi nəqliyyat axınına maneə yaradırlar. Bildirilir ki, qeyri-formal daşımalar həmçinin yollarda nəqliyyat axınını süni şəkildə artırır. Yəni bir istiqamətdə iritutumlu avtobusla gedəcək sərnişinlər səyahətlərini beş-altı minik avtomobilləri ilə edirlər ki, bu da yollarda əlavə ləngimələr yaradır”.

BNA onu da vurğulayıb ki, süni sıxlıq halları bir çox hallarda sərnişinlərin qeyri-formal daşımalardan istifadəsini təşviq etmək üçün məqsədli təşkil edilir.

Məlumdur ki, avtobuslarda pandemiya səbəbindən sıxlıqdır. Ona görə də sərnişinlər məcburdurlar ki, özlərini uzun müddət tıxacda qalan avtobuslardakı sıxlıqda virusdan qorumaq üçün “manatlıq” taksi ilə gedib-gəlsinlər. Belə olan halda saatlarla dayanacaqda avtobus gözləmək, daha sonra sıxlıq səbəbindən o avtobusa da minə bilməyən sərnişinlərin əlacı ancaq “manatlıq” taksilərə qalır. Üstəlik, aylardır şənbə-bazar ictimai nəqliyyatın olmaması taksi bazarında qiymətləri 2-3 qat artırıb ki, bu halda da gündəlik qazanc dalınca gedən orta statistik azərbaycanlının “manatlıq” taksi xidmətindən istifadədən başqa çıxış yolu qalmır.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Cebhe.info-ya bildirib ki, məsələyə adi yanaşmaq lazım deyil:

“Qeyri-formal və deyildiyi kimi, qeyri-qanuni daşımalar nəyə görə var? Çünki camaatın buna ehtiyacı var. İnsanlar yolu nə iləsə qət etməlidirlər. Metro və avtobusla, şəhərətrafı qatar ilə gedə bilmirlər. Ona görə də məcbur olurlar ki, ünvana qurumların qeyri-formal adlandırdığı taksilərlə gedib-gəlsinlər. Təcrübə göstərir ki, bu taksilər daha operativdir. Məsələn, şəhərin mərkəzindən Sumqayıta və digər istiqamətlərə gedən avtobuslarda basabas olur. Sərnişin şəhər ətrafından şəhərin mərkəzinə 1 saata gəlirsə, həmin qeyri-formal deyilən taksilərlə yarım saata ünvan başına gəlib çatırlar. Problem budur ki, qeyri-qanuni deyilənlər bu taksilər əslində ictimai nəqliyyatın işini görür. Bildirim ki, bu taksilərin işləməsi qaçılmazdır, sosial sifarişdir. Görünür ki, insanların bu nəqliyyat vasitəsinə ehtiyacı var”.

Ekspert bildirib ki, bircə günlük ucuz taksiləri işləməyə qoymasalar, yəni onların işinə məhdudiyyət qoyulsa, bu zaman 10 minlərlə adam küçələrdə qalar:

“Problemi həll etmək üçün ictimai nəqliyyatın işini təkmilləşdirmək lazımdır. Məsələn, avtobusların sayını artırmaq, nəqliyyat vasitələrini şəbəkələşdirmək lazımdır. Müəyyən xətlər var ki, burada ekspress marşrutlar yaratmaq lazımdır. Nizam-intizam, dəqiq qrafik yaradılmalıdır. Problemin səbəbi ictimai nəqliyyatdadır, həll olunmalıdır ”.

Ərşad Hüseynov sonda əlavə edib ki, BNA nın yerinə danışmaq istəməzdi, amma 1 manatlıq taksiləri istəsələr də yığışdıra bilməzlər: “Çünki buna ehtiyac var”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda küçə və prospektlərdə tıxac davam edir, avtobuslar gecikir

    Bakıda küçə və prospektlərdə tıxac davam edir, ...

    21-09-2018, 14:12

  • 
  • Bakıda bəzi yollarda uzun tıxac yaranıb - SİYAHI

    Bakıda bəzi yollarda uzun tıxac yaranıb - SİYAHI ...

    5-08-2021, 10:20

  • 
  • Paytaxtda müşahidə olunan tıxacın səbəbləri AÇIQLANDI

    Paytaxtda müşahidə olunan tıxacın səbəbləri ...

    18-03-2017, 12:22

  • 
  • BNA sərnişinləri xəbərdar edir: Diqqətli olun!

    BNA sərnişinləri xəbərdar edir: Diqqətli olun! ...

    17-01-2019, 15:33

  • 
  • BNA qarşısında sıxlıq- taksi sürücüləri və fürsətçilər lisenziya üçün növbədə

    BNA qarşısında sıxlıq- taksi sürücüləri və ...

    19-06-2020, 12:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (277)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu