Gundemxeber.az » Ölkə » Cəmiyyət » Vilayət Eyvazov rəis müavinini sərəncama götürdü
Daxili işlər orqanında kadr dəyişikliyi olub.
Gundemxeber.Az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən Cəlilabad Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Təyyar Rzaquliyev vəzifəsindən azad edilərək sərəncama götürülüb.
Xatırladaq ki, 52 yaşlı T.Rzaquliyev 1991-ci ildə daxili işlər orqanları sıralarına qəbul olunub. Ağdam Rayon Polis Şöbəsində xidmət edib. 2010-cu ilə kimi cəbhə bölgəsində yerləşən Xocalı Rayon Polis Şöbəsində xidmət edib. 2010-cu il də Neftçala Rayon Polis Şöbəsinə rəis müavini təyin olunub. 2014-cü ildə xidmətini Salyan Rayon Polis Şöbəsində davam etdirib. 2018-ci ilin iyunundan indiyədək isə Cəlilalabad RPŞ-nin rəis müavini kimi xidmət edib.
Gundemxeber.Az
17-05-2021, 16:43
11-12-2020, 12:22
19-01-2021, 11:46
22-09-2020, 13:52
6-08-2019, 13:56
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?