GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » KORRUPSİONERLƏRİN “AZADLIQ MARŞI” – Ağır cinayət üstündə yaxalananları kimlər xilas edir?

KORRUPSİONERLƏRİN “AZADLIQ MARŞI” – Ağır cinayət üstündə yaxalananları kimlər xilas edir?

Tarix: 12-10-2021, 18:38 Bölmə :Cəmiyyət Baxış: 566

Bu ilin avqust ayının 17-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il azadlıqdan məhrum edilmiş Rafiq Babayevin cəzası iki ay keçməmiş Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə yarıbayarı azaldılaraq 4 il 6 aya endirilib.

R.Babayev, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin müavini olub, 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi. Əməliyyatın, habelə keçmiş müavinin rüşvət alması ilə bağlı gizli çəkilişin görüntüləri yayımlanmışdı. "İş başında" yaxalanan zaman Rafiq müəllim özünü çox sakit, təmkinli aparmışdı, onun rişxəndlə dolu simasından hətta belə təəssürat yaranırdı ki, o bu günü hər dəqiqə gözləyib...

R.Bayramova qarşı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və başqa maddələrlə ittihamlar irəli sürülüb. Prokurorluğun ittiham aktında sabiq nazir müavininin tabeliyində olan müəssisələrin rəhbərlərindən aylıq rüşvət aldğı qeyd olunub. Həmin qurumların təmir-tikintisi üçün büdcədən ayrılan vəsaitlərin bir hissəsi ona çatıb. Ümumilikdə 1 milyon 800 min manata yaxın rüşvət və yeyintidən söhbət gedirdi.

İstintaq materiallarına görə, Rafiq Bayramov Mədəniyyət Nazirliyinin Sumqayıt Regional İdarəsindən 167 505 manat, Xaçmazdan müxtəlif zamanlarda 69 400 manat, 137 165 manat, 27 432 manat, 250 500 manat, 42 000 manat rüşvət götürüb.

İsmayıllıdakı idarədən 126 165 manat və 16 000 manat, Kürdəmirdən 167 265 manat, Ağstafadan 166 965 manat və 16 000 manat, Şəmkirdən 181 465 manat alıb.

Onun digər regional idarələrdən aldığı rüşvətin siyahısı da həmin vərəqdə yazılıb:

- Gəncə: 158 465 manat, 

- Ağdaş: 116 965 manat, 

- Biləsuvar: 115 965 manat, 250 500 manat, 

- Masallı: 116 165 manat, 

- Lənkəran: 116 065 manat, 

- Sabirabad: 216 565 manat, 

- Ağcabədi: 201 965 manat, 

- Bərdə: 174 965 manat, 250 500 manat və 68 000 manat, 

- Şəki: 141 465 manat...

Məhkəmə prosesində R.Bayramov son sözünü deyərkən rüşvət almadığını bildirib. Qeyd edib ki, nazir müavini olsa da, imza səlahiyyəti, maddi-məsuliyyətli şəxs olmayıb: "Sonradan ittihamlar dəyişdirildi, rüşvət ittihamı verdilər. Mən heç kəsdən rüşvət almamışam. Yoxlamalar heç bir yeyintidə iştirakımın olmadığını göstərib. Mənimlə bağlı rüşvət aldığıma dair şikayət də yoxdur". O qeyd edib ki, işdə müəyyən diqqətsizlik və nöqsanları olub: "Buna görə cənab Prezidentdən üzr istəyirəm". O, məhkəmədən himayəsində üç azyaşlı uşağın və həyat yoldaşının ağır xəstə olmasının nəzərə alınmasını xahiş edib.

Xatırladaq ki, DTX-nın keçirdiyi əməliyyat zamanı R.Bayramovla yanaşı Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov da həbs edilmişdi. Amma maraqlıdır, istintaqın sonunda Sultanovun işi üzrə icraat ayrılıb. R.Bayramov məhkəmə qarşısına tək çıxarılıb.

Zakir Sultanov məhkəmə prosesində ifadə verərək keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayevin məhkəmədə dindirilməsini tələb edib. Z.Sultanov bildirib ki, nazirlikdə həyata keçirilən bir çox işlərdən Ə.Qarayevin xəbəri olub.

İstintaq materiallarında Rafiq Babayevin törətdiyi korrupsiya və rüşvətalma əməllərinin miqyası aydın görünür. Nazirlikdə keçirilən əməliyyat da kifayət qədər rezonans doğurmuşdu, amma sonuncu məhkəmə qərarından belə nəticə çıxarmaq olur ki, sonuc yenə də fərqli olmayacaq. Daha doğrusu, Rafiq Babayev də korruspiya cinayətlərinə görə məhkum olunmuş məmur həmkarları kimi qısa müddətdə azadlığın yolunu tutacaq. Məsələn, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, ləğv edilmiş Milli Təhlükəsizilik Nazirliyinin rəhbərliyində uzun illər mütəşəkkil cinayətkarlıqla məşğul olmuş dəstənin üzvləri indi haradadırlar? Onların həbsindən 5-6 il keçməyib, amma hamısı azadlıqdadır və dövlətdən oğurladıqları milyonların hesabına ölkədə və xaricdə cah-cəlallı həyat sürürlər.

Bəs korrupsiya, vəzifə saxtakarlığı, dövlət əmlakını mənimsəmə, quldurluq və s. cinayətlərə görə vəzifələrini itirmiş nazirlər haradadırlar? Keçmiş rabitə naziri Əli Abbasov Milli Elmlər Akademiyasında vəzifədə, milli təhlükəsizlik naziri Eldar Mahmudov, mədəniyyət naziri Əbülfəs Qarayev, xarici işlər naziri Elmar Məmmədyarov öz keflərindədir. Onlar niyə məsuliyyətə cəlb olunmadılar? 

Məhkəmədə Zakir Sultanov ifadə verərək deyir ki, cinayətlərdən Əbülfəs Qarayevin xəbəri olub, onu məhkəmədə dindirin. Amma keçmiş naziri əziyyətə salıb heç prosesə də dəvət etməyiblər.

Yüksək çinli məmurların belə rahatlıqla cəzadan yaxa qurtarması Azərbaycanda korrupsiyaya qarşı mübarizəni tamamilə gözdən salır. Cəmiyyətə o mesajlar verilir ki, bunlar mövsümi kampaniyalardır, əslində ciddi bir niyyət yoxdur. Həmçinin dövlət əmlakını dağıdan korrupsionerlər daha da həvəsləndirilir. Ki, nə qədər böyük cinayətlər törətsələr də uzaqbaşı bir neçə il həbslə, yığdıqlarının bir qismini verməklə canlarını qurtaracaqlar. Başqa hansı biznesdə, hansı işdə qısa müddətdə bu qədər varlanmaq, sərvət sahibi olmaq olar? Əlbəttə, heç yerdə!

Azərbaycanda məhkəmələr korrupsiya, rüşvət girdabında çabalasalar da, yüksək vəzifə tutmuş məmurları "aç-burax" qərarlarının verilməsi onların özfəaliyyətinin nəticəsi deyil. Yüksək vəzifələrdə bu korrupsionerlərin möhkəm dayaqları var, onlar lazımı anda dövriyyəyə girir və onların xilas edilməsinə nail olur. Cəmiyyətin buna necə reaksiya verəcəyi, dövlətin nüfuzuna hansı zərbələrin dəyəcəyi, vətəndaşın dövlətə inamının necə sarsıldığı onların vercinə deyil.

Bunu hər kəs görür, həm də xırda cinayətlərə görə ağır cəzalar alan vətəndaşlar da.../"AzPolitika.info"/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əvəz Zeynallının kasasiya şikayəti təmin olunmayıb

    Əvəz Zeynallının kasasiya şikayəti təmin olunmayıb ...

    11-09-2013, 13:34

  • 
  • Fərhad Əliyevin bibisi oğlu azadlığa buraxılıb

    Fərhad Əliyevin bibisi oğlu azadlığa buraxılıb ...

    5-04-2018, 20:56

  • 
  • Rüşvətdə ittiham olunan şəxsə hökm oxundu

    Rüşvətdə ittiham olunan şəxsə hökm oxundu ...

    20-02-2015, 13:05

  • 
  • Əbülfəs Qarayevin daha bir oğru məmuru... - İTTİHAM

    Əbülfəs Qarayevin daha bir oğru məmuru... - ...

    21-05-2020, 19:02

  • 
  • Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası bilindi

    Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası ...

    27-09-2019, 11:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu