Ticarət mərkəzində baş verən yanğınla əlaqədar Bakı şəhəri, Nərimanov rayonu, F.Xoyski küçəsi ilə A.Nemətulla küçəsinin kəsişməsindən Ağa Nemətulla küçəsinə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət tətbiq olunub.
Bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Qeyd edək ki, bu gün səhər saatlarından Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində yanğın başlayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?