GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Böhtan atırlar, pul sövdələşməsi olmayıb...” - Rəis müavinindən qəribə açıqlama

“Böhtan atırlar, pul sövdələşməsi olmayıb...” - Rəis müavinindən qəribə açıqlama

Tarix: 21-10-2021, 15:37 Bölmə :Cəmiyyət Baxış: 491


Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun təqsirləndirilən şəxs qismində ibtidai istintaqa verdiyi ifadə məlum olub.

Gundemxeber.Az-in əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxs qismində ifadə verən Sahib Ələkbərov özünü elan olunmuş ittihamlar üzrə təqsirli bilməyib.
Sahib Ələkbərovun sözlərinə görə, MTN-in istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini vəzifəsində xidmət etdiyi 2012-ci ilin əvvəllərində Baş Prokurorluqdan Emin Zəkiyev və digər şəxslərin başqalarına məxsus elektron plastik bank kartları barədə məlumatlardan istifadə edib, həmin kartların sahiblərinin xəbəri olmadan pul vəsaitlərini onlayn talaması barədə materiallar daxil olub:
“Həmin materialların araşdırılması istintaq baş idarəsinin rəhbərliyi tərəfindən mənə həvalə edildi. Materiallarda Cinayət Məcəlləsinin 177 və 271-ci maddələrində nəzərdə tutulmuş kifayət qədər əlamətlərin olduğunu əsas tutaraq fakt üzrə qeyd olunan maddələrlə cinayət işi başlayaraq, icraatıma qəbul etdim, istintaq apardım. Cinayət işinin istintaqı zamanı müəyyən etdim ki, Emin Zəkiyev, Elçin Abdullayev, Rəhman Musayev və digərlərindən ibarət mütəşəkkil dəstədə birləşib, həmin dəstənin tərkibində xarici ölkə vətəndaşlarına məxsus elektron plastik bank kartlarında olan külli miqdarda vəsaitləri kart sahiblərinin xəbəri olmadan gizli onlayn talayıb, Bakı şəhərində fəaliyyət göstərən müxtəlif mağazaların internet saytlarına onlayn köçürüb, həmin mağazalardan müxtəlif məişət avadanlıqları əldə ediblər”.
Sahib Ələkbərovun sözlərinə görə, istintaq zamanı Rəhman Musayevə Cinayət Məcəlləsinin 177, 271, 192, 193-1 və 213-cü maddələri ilə ittiham elan edib, təqsirləndirilən şəxs qismində cəlb edib:
“Anası Railə Musayeva barəsində Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət işi ayırdım, aidiyyatı üzrə Vergilər Nazirliyinə göndərdim. Atası Sahib Musayev barəsində də eyni maddə ilə cinayət işi ayırdım. Sonradan Sahib Musayev vəfat etdiyinə görə onun barəsində cinayət işi üzrə icraat dayandırıldı.
İstintaqın gedişində MTN istintaq təcridxanasından daxil olmuş arayışdan görünür ki, Rəhman Musayev ürək çatışmazlığının ağır formasından əziyyət çəkir. Bununla əlaqədar onun vəkili tərəfindən vəsatət qaldırıldı.
Vəsatət əsaslı olduğundan tərəfimdən təmin edildi. Rəhman Musayev barəsində məhkəmə-tibbi ekspertizası təyin edildi. Ekspert rəyi ilə müəyyən edildi ki, Rəhman Musayev ürək çatışmazlığının ağır formasından əziyyət çəkir və onun təcridxanada saxlanılması məqsədəmüvafiq deyil. Ekspertin rəyinə əsasən tərəfimdən Rəhman Musayev barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında qətimkan tədbiri ilə əvəz olundu, Rəhman Musayev dərhal həbsdən azad olundu. İstintaq dövründə o, Bakı şəhərində Kordiologiya İnstitutunda uzun müddətli müalicə aldı”.
Sahib Ələkbərov qeyd edib ki, Rəhman Musayev və digər şəxslərin barəsində istintaq tamamlanıb, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib: “Məhkəmənin hökmü ilə Emin Zəkiyev, Elçin Abdullayev və digər şəxslər verilmiş ittiham üzrə təqsirli bilinib, müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər. Rəhman Musayev isə məhkəmədən qaçaraq gizləndiyi üçün barəsində cinayət işi ayrıca icraata götürülüb və beynəlxalq axtarışa verilib”.
Sahib Ələkbərov deyib ki, Sahib Musayev və Railə Musayevaya məxsus əmlakların sənədlərinin qaytarılması müqabilində 15 min manat almayıb:
“Sahib Musayevə məxsus “Porshe” markalı avtomaşını və Yasamal rayonundakı Railə Musayevanın adına olan mənzilin sənədləri və digər əmlaklarını qaytarmaq üçün Rəhman Musayevin tərəfindən vəsatət verildi.
Həmin vəsatət qeyd olunan hissədə əsaslı olduğundan qismən təmin edildi. Sahib Musayevə məxsus avtomaşın, Railə Musayevanın adına olan sənədlər onlara qaytarıldı. Bunun da müqabilində onlardan hər hansı formada və məbləğdə pul, maddi dəyərlər götürməmişəm. Nə Rəhman Musayev, nə onun valideynləri Railə Musayeva və Sahib Musayev, nə də ki digərləri ilə hər hansı bir sövdələşmə aparmamışam.
Onlardan hər hansı bir məbləğdə, o cümlədən 177 min manat məbləğində pul vəsaiti almamışam. Bu məlumatlar barəmdə şər və böhtan xarakterli daşıyır”.
Sahib Ələkbərov qeyd edib ki, Railə Musayeva və Sahib Musayev barəsində cinayət işi ayırıb, törətdiyi ağır cinayətlərə görə Rəhman Musayev barəsində cinayət işi yekunlaşdırıb və baxılması üçün məhkəməyə göndərib, habelə məhkəmə zamanı mümkün ola biləcək əmlak müsadirəsini təmin etmək məqsədilə məhkəmə qərarı əsasında onların ümumilikdə cinayət yolu ilə əldə edilmiş vəsait hesabına qazandıqları 1 milyon 500 min manat əmlaklarının üzərinə həbs qoyub:
“Mənim kimi vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirən bir şəxsə iftira və böhtan atırlar. Həmin cinayət işinin istintaqı zamanı nə Rəhman Musayevə, nə onun valideynlərinə, nə də hər hansı bir başqa şəxslərə qarşı fiziki və psixoloji təzyiq göstərməmişəm, işgəncə verməmişəm. Heç kimin əmlakını, o cümlədən də Musayevlərin əmlaklarını hədə-qorxu yolu ilə tələb etməmişəm, almamışam”.
Sahib Ələkbərovun ifadəsinə görə, Rəhman Musayev barəsində seçilmiş həbs qətimkan tədbirini hər hansı maddi maraq zəminində deyil, onun ağır xəstəliyi ilə əlaqədar dəyişib: “Bunun üçün onlardan hər hansı formada və məbləğdə pul, digər maddi dəyərlər götürməmişəm. “Notariat haqqında” qanuna müvafiq olaraq həbsdə saxlama yerlərinin müdiriyyəti notarius funksiyasını yerinə yetirmək hüququna malikdir.
Ola bilər ki, Rəhman Musayevin valideynləri Rəhman Musayev tərəfindən etibarnamə verilməsi üçün MTN-in istintaq təcridxanasının rəhbərliyinə müraciət olunub. Həmin etibarnamənin verilib-verilməməsi üçün təcridxana rəhbərliyi mənə və ya istintaq baş idarəsinin rəhbərliyindən hər hansı bir şəxsə müraciət edib, rəhbərlik isə həmin etibarnamənin təsdiq olunmasına etiraz olmadığını bildirib. Mən isə belə bir səlahiyyətə malik vəzifəli şəxs olmamışam. Ona görə də hər hansı notariusa göstəriş verməmişəm.
Ola bilər ki, hər hansı notariat kontorunun əməkdaşı mənə müraciət etsin, bu halı dəqiq xatırlamıram. Bu notariusun müstəsna səlahiyyətdir, təsdiq edə də bilər, etməyə də. Bu haqda məlumat yanlışdır. Hər hansı bir notariat kontorunun fəaliyyətinə müdaxilə etməmişəm, mənim belə bir səlahiyyətim olmayıb”.
Sahib Ələkbərov qeyd edib ki, zərərçəkmiş iş adamları – Ceyhun Seyidov və onun qardaşı Azad Seyidovu tanımır: “Amma ola bilsin, icraatımda olan kompüter informasiyasına qanunsuz daxil olmaqla oğurluq cinayətinin törədilməsi ilə bağlı cinayət işi üzrə onlardan hansısa biri şahid qismində dindirilib. Ceyhundan hər hansı məbləğdə rüşvət istəməmişəm və ya almamışam.
İcraatımda kompüter cinayətləri ilə bağlı təqsirləndirilən şəxslərdən biri ifadəsində göstərib ki, başqalarına məxsus bank kartlarından dəyərini oğurluq yolla ödəyərək əldə etdikləri mobil telefonların bir qismini Bakı şəhəri Azadlıq prospektində, Neft Akademiyasının qarşısında yerləşən “Əlincə Line” mobil telefon mağazalarına satıb.
Bununla əlaqədar məhkəmənin qərarları əsasında həmin mağazalarda istintaq qrupunun üzvləri axtarışlar aparıb, həmin mağazalar bağlanaraq orada olan mobil telefonlar protokolda qeydiyyat aparılmaqla götürülüb.
İstintaq zamanı həmin telefonlara baxışlar keçirilib, götürülmüş telefonlar arasında cinayət yolu ilə əldə edilmiş mobil telefonlar aşkar edilmədiyi üçün geri təhvil verilib, mağazalar açılıb. Ola bilsin ki, istintaq zərurəti ilə əlaqədar həmin mağazalar bir müddət bağlı qaldığından həmin mağazaların sahibləri sahibkarklıq fəaliyyətini həyata keçirə bilməyib, bu baxımdan istintaq qrupunun rəhbəri kimi məndən narazı qalıblar. Ola bilsin, Ceyhun Seyidov onlardan biridir”.
Sahib Ələkbərovun sözlərinə görə, bizneslə məşğul olan Natiq Teymurovun barəsində istintaqı aparılmış cinayət işi üzrə heç kimlə ünsiyyətdə olmayıb: “Qətimkan tədbirinin dəyişdirilməsi üçün Natiq Teymurov və digər şəxslərlə heç vaxt pul sövdələşməsi aparmamışam. Hər hansı məbləğdə pul almamışam. Ümumiyyətlə qətimkan tədbirinin dəyişdirilməsində hər hansı bir formada iştirak etməmişəm”.
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi üzrə 32 iş adamı zərərçəkmiş qismində tanınıb.
Bu cinayət işi üzrə oktyabrın 11-də Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Məhkəmə baxışı oktyabrın 26-na təyin olunub.
Müəllif: Hacı Zeynalov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovun adamı ilə bağlı QƏRAR - əmlakının müsadirə edilməsini dayandırılıb

    Eldar Mahmudovun adamı ilə bağlı QƏRAR - ...

    1-05-2019, 22:32

  • 
  • MTN polkovnikinin həbs müddəti uzadıldı

    MTN polkovnikinin həbs müddəti uzadıldı ...

    10-02-2016, 18:45

  • 
  • MTN generalının yeni cinayətləri: Bir ailə məhv edildi... - İLGİNC FAKTLAR

    MTN generalının yeni cinayətləri: Bir ailə məhv ...

    15-10-2021, 14:51

  • 
  • Bu gün daha bir keçmiş MTN generalının məhkəməsi başlayır

    Bu gün daha bir keçmiş MTN generalının məhkəməsi ...

    11-10-2021, 10:37

  • 
  • General Mövlam Şixəliyevin məhkəməsi başlayıb - Jurnalistlər buraxılmayıb (Yenilənib)

    General Mövlam Şixəliyevin məhkəməsi başlayıb - ...

    11-10-2021, 11:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu