Gundemxeber.az » Ölkə » Cəmiyyət » Karantin qaydalarını pozan şadlıq saraylarının icarədarları cərimələnib
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-pofilaktik tədbirlər zamanı şəhər ərazisində yerləşən şadlıq saraylarında təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulması halları aşkarlanıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumata görə, yoxlamalar zamanı “Tural” şadlıq sarayında keçirilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, “Ay işığı” şadlıq sarayında isə müəyyən edilən say həddindən, yəni 150 nəfərdən artıq qonağın iştirak etdiyi məlum olub.
Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektlərin icarədarları Elman Yusubov və Niyazi Abdurəhmanov inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.
Gundemxeber.Az
24-07-2021, 10:50
17-07-2021, 09:53
17-07-2021, 12:45
5-08-2021, 10:13
21-07-2021, 11:04
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?