GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Virusun bu qədər yayılmasına səbəb məktəblər və toylardır” - İnfeksionist

“Virusun bu qədər yayılmasına səbəb məktəblər və toylardır” - İnfeksionist

Tarix: 26-10-2021, 11:00 Bölmə :Cəmiyyət Baxış: 238


Azərbaycanda epidemioloji vəziyyət yenə də neqativə doğru dəyişməkdədir. Xüsusilə də son günlər ölüm saylarının artması narahatlıq doğurub. Yazını hazırladığımız zaman bəlli olan statistikaya görə, son sutkada koronavirus (COVİD-19) infeksiyasına 1 477 yeni yoluxma faktı qeydə alınıb, 628 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 517 802 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 485 232 nəfər müalicə olunaraq sağalıb, 6 915 nəfər vəfat edib. 25 655 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 183, bu günə qədər isə ümumilikdə 5 117 481 test icra olunub.

Bəs görəsən, bu artım nə ilə bağlıdır?

Bununla belə, ekspertlər artıq 5-ci dalğanın başladığnı deyirlər. O da iddia olunur ki, bu növbəti dalğanın başlamasına səbəb ölkəmizdə AY.4.2 variantının yayılmasıdır. Görəsən, iddialar doğrudurmu?

Məktəblərdə isə koronavirus sürətlə yayılmaqda davam edir. Azərbaycanda koronavirus səbəbindən 20-dək məktəb distant təhsilə keçib. Nəzərə Salaq ki, indiyədək 1 595 108 şagirddən 3477-si (0,2 faiz), məktəblərdə çalışan 229 871 nəfər heyətdən 2494-ü (1 faiz) COVİD-19-a yoluxub. I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib.

Bu arada, Moskvada 10 günlük qapanma elan edilib. Rusiyanın paytaxtı Moskvada qeyri-iş günləri oktyabrın 28-dən noyabrın 7-dək davam edəcək. Müvafiq qərar pandemiya ilə bağlı vəziyyətin pisləşməsinə görə qəbul edilib. Paytaxtın meri Sergey Sobyanin deyib: "Koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar olaraq Rusiya prezidenti Vladimir Putin qeyri-iş günləri ilə bağlı qərar qəbul edib. Moskvada da vəziyyət pis ssenari üzrə inkişaf etməkdədir. Önümüzdəki günlərdə biz virusa yoluxmada pik həddə çatacağıq. Ona görə də 28 oktyabr-7 noyabr tarixlərində Moskvada qeyri-iş günləri elan edilir", - Sobyanin vurğulayıb.

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus ilin sonuna qədər dünya ictimaiyyətinin ən azı 40 faizinin peyvəndlənməsini təmin etməyə çağırış edib: “Mənə tez-tez pandemiyanın nə vaxt bitəcəyi sualı verilir. Mənim cavabım budur ki, pandemiya dünya onu dayandırmağa qərar verəndə sona çatacaq. Öz əlimizdədir. Lakin dünya bu vasitələrdən yaxşı istifadə etməyib. Hər həftə 50 minə yaxın insan ölür, bunlar yalnız haqqında məlumat verilən ölümlərdir”.

Gebreyesus həmçinin bütün “G20" ölkələrini beynəlxalq COVAX və AVAT (Afrika Peyvəndalma İşçi Qrupu) mexanizmlərinin dərman tədarükünü prioritetləşdirməyə çağırıb: “G20 ölkələri dərhal öhdəliklərini yerinə yetirməli və dozaları paylaşmalıdırlar. İstehsalçılar COVAX və AVAT ilə müqavilələrini prioritet verməli və təcili şəkildə yerinə yetirməli, həmçinin nəyin hara göndərilməsində daha şəffaf olmalıdır. Bunu etsək, pandemiyaya son qoya bilərik və qlobal sağalmanı sürətləndirə bilərik".

İnfeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a son günlərin epidemioloji vəziyyəti barədə bunları deyib: “Artıq yeni bir dalğa başlayıb. Payız-qış fəslində artmasını gözləyirik. Üzü yaya doğru azalacaq. Bu da təbiidir, çünki pandemiya tam azalmayıb. Hələ davam edir. Yayda müəyyən faktorların təsirindən həm fəsillə əlaqədar, həm də vaksinasiya ilə bağlı olaraq azalmalar oldu. Burada həm də karantinin də öz rolu var idi. Sonradan üzü payıza doğru karantin yumşaldılmaları, toyların açılması, sonra da məktəblərin açılması infeksiyanın yayılmasına güclü təsir göstərdi. Yoluxmanın artması üçün əlverişli şərait oldu. Fikrimcə, məktəblər açılmamalı idi. Çünki yeni ”Delta" ştammı AY.4.2.uşaqlar arasında daha sürətlə yayılır. Bundan əlavə, uşaqlarda tək koronavirus deyil, başqa viruslar da yayılıb. Biz təcrübədə də rast gəlirik, uşaq xəstələnir, üstündən 10 gün sonra yenidən başqa bir virusa yoluxur. Bu da o deməkdir ki, bunlar eyni virus deyil. Hazırda viruslar qarışıb. Düzdür, uşaqlar xəstəliyi ağır keçirmir. Kiçiklərdə koronavirusun A,C,E reseptorları var, bunlar uşaqlarda tam inkişafa çatmağına görə, xəstəliyi böyüklərdəki kimi ağır şəkildə keçirmirlər".

İnfeksionist ÜST rəsmisinin fikirlərinə də münasibət bildirib: “Yadınıza gəlirsə, pandemiya yeni başlayanda dünya buna hazır deyildi. Pandemiya dünyada qəfil yayıldı və bir çox ölkələrdə, hətta Amerika Birləşmiş Ştatlarında da maska, dərman çatışmazlığı müşahidə edildi. Bizdə də yadınıza gəlirsə, bunlar oldu. Amma istehsal prosesi sürətləndirildi, hazırda həm dərman vasitələri, həm də qoruyucu vasitələrin çatışmazlığı müşahidə edilmir. Amma bundan düzgün istifadə etmək vacibdir. İnsanlar fərdi şəkildə bundan düzgün istifadə etməlidirlər. Artıq son günlər arxayınlaşma görürük. Bu da onunla əlaqədardır ki, virus artıq yeni deyil, insanlar psixoloji olaraq buna öyrəşiblər. Buna görə maskalardan düzgün istifadə etmirlər. Yaxud da qapalı yerlərdə bəzən məsuliyyətsizlik olur. Bu da yenə də yoluxma sayını artırır. Toylar artıq başlayıb, toylarda maskalardan istifadə etmək mümkün deyil, sosial məsafəni qorumaq mümkün deyil, insanların bir-biri ilə öpüşməsi toylarda artıq bir ənənədir. Bundan da qaçmaq olmur. Bu da virusun toylarda yayılmasına səbəb olur”.

Bu arada İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Buster” dozanın vurulma tarixi ilə bağlı vətəndaşları maraqlandıran məsələlərə münasibət bildirib: “COVİD-19 xəstəliyinə yoluxmuş və ”İmmunitet" sertifikatı əldə etmiş şəxs 6-cı aydan başlayaraq, yəni sertifikatın qüvvədə olma tarixi bitdikdən sonra 56 gün müddətində “buster” doza vurdura bilər. “Azərbaycan Respublikasında ”COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Avqust ayından etibarən ölkədə “buster” dozanın da vurulmasına başlanılıb.

“Buster” dozanı vurdurmaqla vətəndaş “İmmunitet” sertifikatının müddətini müddətsiz olaraq uzadır. Məlumat üçün qeyd edək ki, yoluxmadan 5 ay sonra vaksinasiya üçün randevu.its.gov.az saytı üzərindən onlayn növbə götürülə bilər.

Əgər “buster” dozanı vurdurmaq üçün tələb olunan vaxt, yəni ki, 2 ay ötürülərsə, o zaman “Peyvənd” sertifikatı əldə etmək üçün hər iki doza vaksin vurulmalıdır. Belə ki, vətəndaş 1-ci dozadan 28 gün sonra 2-ci doza peyvənd vurduraraq “İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz edə bilər", - məlumatda qeyd edilib.

GUNDEMXEBER.AZ



 
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda son sutkada 220 nəfər COVID-19-a yoluxub, 145 nəfər sağalıb, 2 nəfər vəfat edib

    Azərbaycanda son sutkada 220 nəfər COVID-19-a ...

    24-02-2021, 16:46

  • 
  • Azərbaycanda son sutkada 4189 nəfər COVID-19-a yoluxub, 2072 nəfər sağalıb, 40 nəfər vəfat edib

    Azərbaycanda son sutkada 4189 nəfər COVID-19-a ...

    3-12-2020, 16:36

  • 
  • Azərbaycanda 4323 nəfər COVID-19-a yoluxub, 2180 nəfər sağalıb, 42 nəfər vəfat edib

    Azərbaycanda 4323 nəfər COVID-19-a yoluxub, 2180 ...

    5-12-2020, 17:58

  • 
  • Azərbaycanda 154 yeni yoluxma faktı qeydə alındı, 165 nəfər sağaldı

    Azərbaycanda 154 yeni yoluxma faktı qeydə alındı, ...

    17-02-2021, 16:14

  • 
  • Azərbaycanda 38 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

    Azərbaycanda 38 nəfər koronavirusa yoluxub, 2 ...

    28-06-2021, 16:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (277)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu