Gundemxeber.az » Ölkə » Cəmiyyət » Koronavirusa yoluxan Vilyam Hacıyev tam sağalaraq təcridxanaya köçürüldü
Həbsdə koronavirusa yoluxmuş İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev sağalıb. Ədliyyə Nazirliyindən verilən məlumata görə, V.Hacıyevin səhhəti yaxşılaşıb. O, bir müddət əvvəl koronavirus xəstəliyinə yoluxduğundan Gömrük Hospitalına yerləşdirilərək orada müalicə alıb. V.Hacıyev tam sağalaraq Penitensiar Xidmətin təcridxanasına qaytarılıb.
Qeyd edək ki, keçmiş icra başçısı ötən ay koronavirusa yoluxduğu üçün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə, daha sonra Gömrük Hospitalına köçürülmüşdü. Vilyam Hacıyevin 2020-ci il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb. Xidməti və yaşadığı ünvanlarına keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb. Hazırda V.Hacıyevin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Gundemxeber.az
7-05-2020, 13:21
2-09-2020, 15:57
8-05-2020, 00:31
1-09-2020, 14:43
4-06-2021, 10:46
Sorğu
Yeni dizaynımız necədir?