GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Əli Həsənovun oğlu ilə bağlı açıqlama: “O, nəzarət edirdi”

Əli Həsənovun oğlu ilə bağlı açıqlama: “O, nəzarət edirdi”

Tarix: 17-11-2021, 16:36 Bölmə :Cəmiyyət Baxış: 351


Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib.

Gundemxeber.az-ın APA-ya istinadla xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Nadir Məmmədov dövlət ittihamçısının suallarını cavablandırıb.
O, prokurorun jurnalistlər üçün inşa olunan binaların tikintisi zamanı qiymətlərin şişirdilməsi, həmçinin qeyri-qanuni işlərin görülməsi ilə bağlı suallarına təkzibedici cavablar verib: “Bizim orada qeyri-qanuni etdiyimiz nə isə olmayıb. Qiymətlərin şişirdilməsini də görməmişəm. Mən həmin işlərdə yalnız texniki məsələlərlə məşğul olmuşam. Bizim layihədən kənar bir armatur da qoymaq ixtiyarımız yox idi. Bu, cinayət olardı. Layihədə necə yazılıb? biz də elə etmişik. Mən qiymət qoyan deyiləm”.
Dövlət ittihamçısının binaların tikintisi zamanı keyfiyyətsiz materiallardan istifadə edilməsi ilə bağlı sualına cavabında isə Nadir Məmmədov materialların alınmasına Əli Həsənovun oğlu Şamxal Həsənlinin nəzarət etdiyini bildirib: “Hər hansı material alanda buna Şamxal Həsənli nəzarət edirdi. Materiallar barədə onunla “e-mail” vasitəsilə əlaqə saxlayırdıq. Üçüncü binada isə demək olar bütün materialların alınmasına Şamxal Həsənli özü tək nəzarət edib. Mən orda maaşa da işləməmişəm. Mənə dedilər, sənin oğlunu xaricdə işə düzəldəcəyik, ona görə işlədim”.
Prosesdə müdafiəçilərdən biri ittiham aktında Nadir Məmmədovla Vüqar Səfərlinin əlbir olduqları barədə qeyd olunanlara münasibət bildirməsini istəyib.
Təqsirləndirilən şəxs suala cavabında cinayət işində özünün və Vüqar Səfərlinin heç kim olduqlarını bildirib: “Vüqar Səfərli kimdir, Nadir kimdir? Biz hambalıq. Mədəni dildə buna hambal deyirlər. Siz bu sualla bağlı Şamxal Həsənlidən soruşun, o sizə deyəcək”.
Məhkəmədə daha sonra təqsirləndirilən şəxs “Altun Saray” restoranının direktor müavini Təmkin Xəlilov ifadə verib.
T. Xəlilov bildirib ki, təqsirləndirilən şəxslərdən Vüqar Səfərli və Təhminə Yaqubovanı tanıyır. Onun sözlərinə görə, restoranda KİVDF tərəfindən əlamətdar günlərdə tədbirlər keçirilib: “Tədbir üçün 400 nəfərlik yer sifariş olunurdu. Əsas zallarda 250-300 nəfər olsa da, digər köməkçi zallarda da adamlar olurdu. Tədbirdə iştirak edənlər də əsasən nazirlər, icra başçıları və digər şəxslər olurdu. Təkcə AzTV-dən dörd böyük avtomobil işçi gəlirdi. Hesablama Palatası onu hesablamayıb. Onlar başqa zalda otururdu. Bundan başqa da stollar olurdu ki, ora bahalı içkilər, yeməklər verilirdi. Tədbirlərin keçiriləsi barədə isə Vüqar Səfərli və Təhminə xanımla müzakirə aparırdıq”.
Təqsirləndirilən şəxsin hazırkı ifadəsi ilə istintaqa verdiyi ifadə arasında ziddiyyətli məqamlar olduğu üçün hakim əvvəlki ifadəni elan edib.
T. Xəlilov ibtidai istintaqa ifadəsində bildirib ki, hər il üç dəfə tədbir keçirilirdi: “Tədbirlərin keçirilməsi üçün isə 350-400 nəfərlik yer sifariş olunurdu. Buna görə də hər dəfə bizə artır pul köçürülürdü”.
Təqsirləndirilən şəxs “Xəmsə” restoranının icarədarı Valeh Orucov da Təmkin Xəlilovun ifadəsinə bənzər ifadə verib.
Proses noyabrın 18-də davam etdiriləcək.
Qeyd edək ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

GUNDEMXEBER.AZ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vüqar Səfərlinin məhkəməsi başlayıb (YENİLƏNİB)

    Vüqar Səfərlinin məhkəməsi başlayıb (YENİLƏNİB) ...

    23-07-2021, 17:07

  • 
  • İKİ MÜQAVİLƏ İLƏ 101 MİN MƏNİMSƏYİBLƏR... - Xırdavat alınması adıyla da böyük yeyintiyə yol verilib

    İKİ MÜQAVİLƏ İLƏ 101 MİN MƏNİMSƏYİBLƏR... - ...

    9-09-2021, 11:18

  • 
  • “KİVDF işi”–ndə 1 milyon zərəri ödəyən şəxs kimdir?

    “KİVDF işi”–ndə 1 milyon zərəri ödəyən şəxs ...

    24-08-2021, 10:37

  • 
  • Vüqar Səfərlinin cinayət işində Əli Həsənova qarşı ifadələr var- “Tenderin qalibini qeyri-rəsmi Əli Həsənov müəyyənləşdirir, ..."

    Vüqar Səfərlinin cinayət işində Əli Həsənova ...

    20-08-2021, 14:25

  • 
  • Vüqar Səfərli ilə birgə bu şirkətin rəhbəri də HƏBS EDİLDİ

    Vüqar Səfərli ilə birgə bu şirkətin rəhbəri də ...

    14-01-2021, 18:27


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (113)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu